02 Oktyabr 2019 23:59
719
Mədəniyyət
A- A+

Tanınmış qazax şairi Oljas Süleymenov Bakı Kitab Mərkəzində olub


Oktyabrın 2-də Bakı Kitab Mərkəzində "LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalı çərçivəsində tanınmış qazax şairi, Qazaxıstanın Əmək Qəhrəmanı, Qazaxıstan SSR-in Xalq yazıçısı, ictimai-siyasi xadim Oljas Süleymenovla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı-publisist İlqar Fəhmi gecəni açaraq ölkəmizə gəldiyinə və Azərbaycan xalqına həmişə səmimi münasibət bəslədiyinə görə yüksək qonağa təşəkkür edib. O qeyd edib ki, ölkəmizdə Oljas Süleymenovun yaradıcılığına böyük maraq var. Onun kitabları böyükdən-kiçiyə hamı tərəfindən böyük sevgi ilə oxunur. Ə.Fəhmi deyib: "Bu gün bu qədər çox insanın sizi görməyə gəlməsi çox mətləbdən xəbər verir”.

Oljas Süleymenov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycana həmişə böyük sevinc hissi ilə gəlir, çünki onu Azərbaycanın bir çox görkəmli yazıçıları və incəsənət xadimləri ilə çoxillik dostluq əlaqələri bağlayır. Qonaq deyib: "Bakı inanılmaz gözəl şəhərdir. Mən hər dəfə paytaxtınızın gözəlliyinə və bakılıların qonaqpərvərliyinə heyran oluram. Bu dəfə isə mənə gözəl Sumqayıt şəhərinə getmək nəsib oldu. Sumqayıt məndə gözəl təəssürat yaratdı. Sevindirici haldır ki, Azərbaycan sürətlə inkişaf edir. Mənə xoşdur ki, ölkənizdə mənim yaradıcılığımı yüksək qiymətləndirirlər. Bu görüşü təşkil etdiyinə görə Bakı Kitab Mərkəzinin rəhbərliyinə də təşəkkür etmək istəyirəm”.

Xalq yazıçısı, deputat Elmira Axundova onun yaradıcılığına həmişə dəstək göstərdiyinə görə şairə minnətdarlığını bildirərək deyib ki, Oljas Süleymenovun Azərbaycana hər səfəri onun üçün bayramdır, çünki qazax şairi ilə onun dostluğu ötən əsrin 80-ci illərindən davam edir. E.Axundova bildirib ki, Oljas Süleymenov "Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin yaradılmasında ona böyük dəstək göstərib.

Xalq yazıçısı Natiq Rəsulzadə vurğulayıb ki, Oljas Süleymenovun dünya ədəbiyyatına töhfəsi ölçüyəgəlməzdir. Onun yaradıcılığı bütün zəmanələrdə aktualdır. Ustad şairi bütün dünyada oxuyurlar.

Sonra qonaq oxucuların suallarına cavab verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video