Alternative content

11:39 14 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisdə əlilliyi olan şəxslərə dəstək məqsədilə dinləmə keçirilib
Milli Məclisdə əlilliyi olan şəxslərə dəstək məqsədilə dinləmə keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
23:51 02.10.2019

Oktyabrın 2-də Milli Məclisdə Əmək və sosial siyasət komitəsi BMT-nin İqtisadi və sosial məsələlər üzrə departamenti və Azərbaycan Əlil Təşkilatları İttifaqı ilə birgə "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru” mövzusunda dinləmə keçirib.

AZƏRTAC xəbər verir ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bu tədbiri Azərbaycanda keçirdiyinə görə BMT-yə təşəkkürünü bildirdi. Diqqətə çatdırdı ki, tədbirin keçirilməsinin əsas məqsədi əlilliyin əvvəlcədən qarşısının alınması məsələsidir. Azərbaycanda əlillərin sosial müdafiəsi sahəsində qəbul olunmuş qanunlardan danışan Hadi Rəcəbli bildirdi ki, bu qanunların bir neçəsi MDB məkanında, bir neçəsi isə dünya miqyasında model qanun kimi qəbul edilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə talassemiya və hemofiliya xəstəliklərinin qarşısının alınması məqsədilə qanunlar hazırlanıb, nikaha daxil olanlarda bu xəstəliklərin yoxlanılması məsələsi qanuna daxil edilib. O cümlədən ölkəmizdə endokrin xəstəliklərin qarşısının alınması məqsədilə "Duzun yodlaşdırılması haqqında” Qanun hazırlanıb.

Sonra çıxış edən Azərbaycan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli ölkəmizdə əlillərin sosial müdafiəsi sahəsində görülmüş işlər və qarşıda dayanan vəzifələrdən danışdı.

İclasda iştirak edən 13 ölkənin nümayəndələrindən Almaniya, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan nümayəndələri, BMT-nin nümayəndəsi Robert Venee, Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək mövzu barədə fikirlərini bildirdilər, belə dinləmələrin əhəmiyyətini qeyd etdilər.

Dinləmələrə yekun vuran Hadi Rəcəbli tədbirin keçirilməsinə verilən dəstəyə görə Milli Məclisin Sədri Oqtay Əsədova təşəkkürünü bildirdi.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM