02 Oktyabr 2019 23:22
718
Mədəniyyət
A- A+

“LiFFt-2019”: Avrasiya ölkələrinin mədəniyyət xadimləri Qubada


Bakıda keçirilən "LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalı oktyabrın 2-də Qubada davam edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində Qubadakı "Şahdağ” otelində Avrasiya ölkələrindən olan yazıçılar, şairlər, dramaturqlar, ədəbiyyat tənqidçiləri və mədəniyyət xadimlərinin iştirakı ilə ədəbi görüş keçirilib.

Görüşdən əvvəl qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

"Lev Qumilyov Mərkəzi”nin direktoru Olqa Medvedko və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Əlibala Məhərrəmzadənin moderatorluğu ilə keçən ədəbi tədbirdə Avrasiya ölkələrində yazıçıların və oxucuların yaradıcılıq və dostluq əlaqələrini möhkəmləndirmək, vahid Avrasiya ədəbi məkanı yaratmaq və digər mövzularda fikir mübadiləsi aparılıb.

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin əsərlərini ingilis dilinə tərcümə edən Riçard Berenqarten çıxışı zamanı Qubada olmaqdan məmnunluğunu qeyd edərək, görkəmli mütəfəkkirə həsr etdiyi şeiri şəsləndirib.

İtaliyalı Nobel mükafatçısı Paolo Rufilli Quba Soyqrımı Memorial Kompleksini ziyarətdən sonra kədərləndiyini, 100 il əvvəl baş verənləri dəhşətli hadisə adlandırıb. "İnsan orada eşitdiklərindən dəhşətə gəlir. Ona görə də mən o kədəri əks etdirən şerimi oxuyuram”, - deyə P.Rufilli söyləyib.

Sonra P.Rufilli şeirini səsləndirib.

Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun prorektoru Sergey Dmitriyenko çıxışı zamanı azərbaycanlı tələbələri öz institutlarında görmək istədiyini bildirib. "Bizim üçün böyük şərəfdir ki, bu festival rusların, azərbaycanların və digər millətlərin birlikdə, mehriban yaşadığı bir ölkədə keçirilir. Yazıçı həqiqəti yazmırsa, o, artıq yazıçı deyil. Əfsuslar olsun ki, son on ildə bizim instituta Azərbaycandan tələbə gəlmir. Biz istərdik ki, onlar gəlsinlər, keçmişdə olan ədəbi tərcümə vərdişlərimizi və əməkdaşlığımızı itirməyək. Azərbaycanda olan inkişafı rus oxucusuna çatdırmaq lazımdır. Bizdə oxuyan tələbələrin təhsilləri pulsuzdur. Biz özümüz onlara təqaüd veririk. İnanırıq ki, gələn il bizə tələbələr gələcək. Arzu edirik ki, Bakıdan, Gəncədən, Lənkərandan, Qubadan olan gənclər institutumuzda təhsil alsınlar”, - deyə Sergey Dmitriyenko söyləyib.

Özbəkistandan gəlmiş Rüstəm İqbol bildirib ki, ölkəsində Azərbaycan ədəbiyyatına böyük maraq var. "Biz tanınmış Azərbaycan yazarlarının əsərlərini tərcümə edirik. Ədəbiyyat dostluğumuz əbədidir. Çox gözəl ahəngli diliniz var. Sizin xalqı sevməmək olmaz”, - deyə R.İqbol bildirib.

İsraildən olan Qeldman Mordexay isə Qubaya gözəl bir bayrama gəldiyini, lakin gördüyü soyqırımı mənzərəsinə görə təsirləndiyini deyib. "Burada mənim xalqım daşnaklar tərəfindən soyqırımına məruz qalıb. İsraildə bizim belə komplekslərimiz çoxdur. Bu dərd bizim ortaq dərdimizdir. Kompleksdə gördüklərim məni yaddaşımda olan acı xatirələrə qaytardı. İnsanın yaddaşını itirməsi fəlakətdir. Tarixi yaddaşı heç itirmək olmaz. Mən kompleksdəki şəkillərə baxdım və Polşada qətlə yetirilən yəhudiləri xatırladım”, - deyə Qeldman Mordexay qeyd edib.

Mərakeşli yazıçısı Camal Behanyan, Norveçdən olan yazıçısı Erding Kitelsen, Belçikadan gələn Silviya Mari çıxış edərək, "LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının əhəmiyyətindən, ədəbiyyatın dünyanı dostlaşdırmasından danışıblar.

Daha sonra Quba rayonunun ədəbi yaradıcı mühitinin üzvləri, ziyalıları və gəncləri ilə xatirə şəkli çəkilib.

"Avrasiya Xalqları Assambleyası” Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqının dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Avrasiya xalqlarının "LiFFt” Mədəni Layihələrinin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondudur.

Builki festival 2019-cu ilin BMT tərəfindən elan edilmiş Yerli Xalqların Dilləri İli Proqramına və böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video