Alternative content

05:03 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan təhsili və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri yüksəkixtisaslı kadrlar hazırlanmasıdır
Azərbaycan təhsili və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri yüksəkixtisaslı kadrlar hazırlanmasıdır
ANA SƏHİFƏ / Təhsil
17:12 02.10.2019

Ölkəmizdə ali təhsilin əlçatanlığının artırılması, rəqabət mühitinin formalaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirilir. Ali təhsilin və elmin inkişafına xüsusi önəm verən ölkə rəhbərinin cari ilin fevralında imzaladığı müvafiq sərəncamlara əsasən dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı martın 1-dən 16 min vahid artırılıb, təqaüd alan tələbələrin sayı cari tədris ilində 45 faizə çatdırılıb. 2020-2021-ci tədris ilində isə 50 faizə çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılıb. Bu tədbirlər 110 mindən çox tələbəni əhatə edir. Eyni zamanda, ali təhsil müəssisələrində dövlət sifarişi yerləri 66 faiz artırılıb. Beləliklə, ali təhsil alma imkanları genişləndirilib, son 5 il ərzində qəbul olunan tələbələrin sayında təxminən 21 faiz artım olub.

AZƏRTAC xəbər verir ki, bu fikri AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbirdə Təhsil naziri Ceyhun Bayramov söyləyib. Nazir deyib: "Azərbaycan təhsilinin və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri müasir inkişaf səviyyəsinə adekvat olan yüksəkixtisaslı, peşəkar, rəqabətqabiliyyətli kadrlar, o cümlədən elmi kadrlar hazırlanmasından ibarətdir. Bu baxımdan Prezident İlham Əliyevin 2018-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm. Proqram universitetlərimizdə ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından istifadə etməklə ikili diplom proqramlarının tətbiqi, əcnəbi professorların ali məktəblərimizə cəlb olunması ilə akademik potensialın gücləndirilməsi, dünyanın aparıcı ali məktəblərində doktorantura təhsilinin maliyyələşdirilməsi kimi son dərəcə vacib istiqamətləri özündə ehtiva edir. Aidiyyəti dövlət qurumları ilə birlikdə Dövlət Proqramının icrası istiqamətində tədbirlərə artıq başlanılıb. Əminliklə söyləyə bilərik ki, bu sənəd ali təhsilin digər komponentləri ilə yanaşı, ölkəmizdə elmi fəaliyyətin modernləşdirilməsi və onun səmərəliliyinin artırılması baxımından müstəsna rol oynayacaq”.

Təhsil naziri bildirib ki, elmin davamlı inkişafına nail olunması, alimlərimizin beynəlxalq elmi bazalara çıxışının asanlaşdırılması məqsədilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan "Clarivate Analytics” şirkəti ilə əməkdaşlıq nəticəsində ölkəmizin ali təhsil və elm müəssisələri "Web of Science” elmi platformasına çıxış əldə edib. Bu uğurlu əməkdaşlıq artıq müsbət nəticələrini verib. Son illərdə alimlərimizin "Web of Science” bazasına daxil olan məqalələrinin ölkə üzrə ümumi sayı 72 faiz, ali təhsil müəssisələri üzrə sayı 2,1 dəfə artıb. Cari ilin martına olan məlumata əsasən, "Web of Science” elmi bazasında Azərbaycan üzrə 1450 elmi tədqiqat işi qeydə alınıb, həmin elmi platformaya 2018-ci ildə daxil olan məqalələrin sayına görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlib. Əldə olunan uğurlu nəticələr nəzərə alınmaqla, "Clarivate Analytics” şirkəti ilə 2019-2021-ci illəri əhatə edən yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Hazırda alimlərimizin qarşısında duran əsas vəzifə elmi məqalələrin kəmiyyətindən çox, keyfiyyətin və istinad sayının artırılmasına nail olunması, daha yüksək impakt faktorlu jurnallarda nəşrlərin sayının artırılmasıdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM