Alternative content

10:48 17 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
02:24 17.10.2019 Proqnozlar üstələnir
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Üzərində İmadəddin Nəsiminin şəkli olan Basqal kəlağayıları hazırlanır
Üzərində İmadəddin Nəsiminin şəkli olan Basqal kəlağayıları hazırlanır
ANA SƏHİFƏ / Mədəniyyət
16:56 02.10.2019
Qədim Basqalın tarixi abidələri, maddi-mədəniyyət nümunələri və dünyada tanınan kəlağayıları hər zaman qəsəbədə olan yerli və xarici qonaqların diqqətini çəkib. Bütün bu işləri ərsəyə gətirənlər isə Basqalda yaşayan və hər zaman yeni axtarışlarda olan, eyni zamanda, qədim adət-ənənələri yaşadan yerli sənətkarlardır. Onlardan biri də 63 yaşlı Mürşüd Talıbovdır.

AZƏRTAC xəbər verir ki, ixtisasca oymaçı olan usta, əlli ildir kəlağayı istehsalı ilə məşğuldur. Bu günə kimi saysız-hesabsız kəlağayı boyayıb naxış vuran Mürşüd Talıbov, ilk dəfə olaraq dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şəklini kəlağayı üzərinə köçürüb. Bu, basqallı ustanın həm də "Nəsimi ili”nə bir töhfəsidir.

Onun sözlərinə görə, digər naxışlı kəlağayılardan fərqli olaraq, Nəsiminin portreti həkk olunan kəlağayıların hazırlanmasına xeyli vaxt sərf edilib. Eyni zamanda, adi kəlağayılarda 1-2 rəng lazımdısa, bu kəlağayıların boyanmasında 5-6 rəngdən istifadə olunub.

Usta hazırladığı bu işlərdən əlavə, digər kəlağayıların üzərinə Nəsiminin, həmçinin dahi şairin Azərbaycan və xarici dillərə tərcümə olunan qəzəllərini də köçürmək niyyətindədir. Müxtəlif boyalardan və milli naxışlardan istifadə edilməklə ərsəyə gətirilən bu əl işləri görənlərin marağına səbəb olur.

Mürşüd Talıbov deyir ki, ötən əsrin 70-ci illərindən sovet hakimiyyətinin son dövrlərinə qədər Basqalda kəlağayı sənətini itirmək istəyirdilər. Kimin həyətində kəlağayı hazırlansaydı, o, ağır cəza ala bilərdi. "Amma ölkəmiz müstəqillik qazandıqdan sonra yenidən bu sənətə və sənətkarlara dövlət tərəfindən dəstək göstərilməyə başlandı. Bununla da Basqal kəlağayısı yenidən öz şöhrətini qaytardı. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində kəlağayı sənətinə çox yüksək qiymət verilərək, UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildi. Bu, bizi hədsiz sevindirdi. İndi əminliklə demək olar ki, kəlağayı sənəti özünün yeni inkişaf dövrünü yaşayır”, - deyə o qeyd edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM