02 Oktyabr 2019 15:52
1301
PARLAMENT
A- A+

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb


Oktyabrın 2-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib. Gündəliyə 9 məsələ daxil edilmişdi.

AZƏRTAC xəbər verir ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli əvvəlcə ikinci oxunuşda müzakirəyə təqdim olunmuş "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi barədə danışdı. Qeyd etdi ki, ölkəmizdə belə bir qanunun tətbiqi demokratiyanın təzahürlərindən biridir. Sənəddəki bir sıra müddəalara dair beynəlxalq təcrübə, o cümlədən Avropa ölkələrinin təcrübəsi öyrənilib, Azərbaycan üçün uyğun olan model seçilib.

İclasda Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid məlumat verdi ki, iyul ayında bu sənədin ictimai müzakirəsi təşkil olunub. Müzakirədə xeyli təklif səsləndirilib. Birinci oxunuşdan sonra qanun layihəsində 30 dəyişiklik edilib.

Sonra komitəyə dəvət olunmuş hüquqşünasların rəyləri dinlənildi. Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Hüquq və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Hafiz Həsənov "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi barədə fikirlərini bildirdilər.

Deputatlar Elşən Musayev, Fəzail Ağamalı, Çingiz Qənizadə, komitə sədrinin müavini Məlahət İbrahimqızı rəy və təkliflərini diqqətə çatdırdılar. Komitənin sədri Əli Hüseynli bildirdi ki, deputatların və vətəndaş cəmiyyəti təmsilçilərinin irəli sürdükləri təkliflər nəzərə alınacaq.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

İclasda "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Notariat haqqında”, "Dövlət rüsumu haqqında” qanunlarda və Mülki Məcəllədə dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (üçüncü oxunuş), "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” (üçüncü oxunuş), "Məişət zorakılığının qarşısının alınması haqqında”, "Sosial xidmət haqqında”, "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və "Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” (üçüncü oxunuş), "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (üçüncü oxunuş) qanun layihələrinə də baxıldı. Qərara alındı ki, bu qanunların beşi də plenar iclasa təqdim edilsin.

Deputatlar ikinci oxunuşa çıxarılmış qanun layihələrinə də müsbət münasibət bildirdilər. Qərara alındı ki, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında”, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələlər də parlamentin müzakirəsinə təqdim olunsun.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video