02 Oktyabr 2019 15:28
691
İQTİSADİYYAT
A- A+

Gürcüstan sentyabrda Azərbaycandan 60 milyon kilovat/saat elektrik enerjisi alıb

Gürcüstan cari ilin sentyabr ayında 185 milyon kilovat/saat elektrik enerjisi idxal edib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 33 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə "Gürcüstanın Elektrik Enerjisi Sisteminin Kommersiya Operatoru”nun (ESCO) yaydığı məlumatda bildirilir.

Belə ki, Gürcüstan sentyabrda ən çox Rusiyadan elektrik enerjisi alıb (125 milyon kilovat/saat). Ötən ay Gürcüstan Azərbaycandan 60 milyon kilovat/saat elektrik enerjisi alıb.

ESCO-nun məlumatına görə, Gürcüstan yanvar-avqust aylarında 8,6 milyard kilovat/saat elektrik enerjisi istehlak edib. Bunun 8,3 milyard kilovat/saatı daxili bazarın hesabına təmin olunub. Qalan hissə isə qonşu ölkələrdən alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video