Alternative content

17:01 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
16:52 10.12.2019 Tarixin ən isti onilliyi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyi qeyd olunub
Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyi qeyd olunub YENİLƏNİB
ANA SƏHİFƏ / Elm və texnika
12:00 02.10.2019

Oktyabrın 2-də AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunan yığıncaq keçirilib.

Əvvəlcə tədbir iştirakçıları I Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Yusif Məmmədəliyevin məzarlarını ziyarət edib, məzarlar önünə əklil və gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, AMEA-da keçirilən tədbirdə qonaqlar institutun fəaliyyətinə həsr edilən sərgi ilə tanış olublar.

Yığıncağı giriş sözü ilə açan akademik Akif Əlizadə tədbirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 11 mart tarixli "AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən keçirildiyini bildirib, bunun dövlətin elmimizə və alimlərimizə qayğısının növbəti göstəricisi olduğunu vurğulayıb.

Akademik qurumun 1929-cu ildə "Azneft" İstehsalat Birliyinin Mərkəzi Kimya Laboratoriyası bazasında ilk Azərbaycan Neft Tədqiqat İnstitutu kimi fəaliyyətə başladığını, 1959-cu ildən isə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu adlandırıldığını deyib. O, elmi müəssisənin 90 ildə şərəfli yol keçdiyini, ölkəmizdə neft kimyası və kimya elminin inkişafında mühüm rola malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu illər ərzində institutun alimlərinin elmi işləri Azərbaycan neftinin tədqiqinə, yüksəkkeyfiyyətli yanacaq və yağlar alınması məqsədilə effektiv emalın elmi əsaslarının işlənilməsinə, neft kimyası və neft emalı prosesləri üçün yeni texnologiyalar və katalizatorların yaradılmasına və s. həsr olunub. Qeyd edib ki, qurumun 90 illik fəaliyyəti dövründə kataliz, üzvi kimya, yüksəkmolekullu birləşmələr kimyası, fiziki kimya, neft-kimya sintezi sahəsində fundamental tədqiqatlar aparılıb, Azərbaycanın neft kimyası və neft emalı sənayesinin kompleks inkişaf sxemlərinin hazırlanması istiqamətində mühüm işlər görülüb.

Akademik Akif Əlizadə institut əməkdaşlarının bundan sonra da neft-kimya sahəsində yeni elmi nəticələr və nailiyyətlər əldə edəcəklərinə əminliyini bildirib, yubiley münasibətilə onları təbrik edib, işlərində uğurlar arzulayıb.

Sonra Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov "Elmin zirvələrinə aparan 90 illik yol" adlı məruzə ilə çıxış edib. O bildirib ki, rəhbərlik etdiyi qurum 1929-cu ildə Neft Tədqiqat İnstitutu kimi fəaliyyətə başlayıb, 30 il sonra isə üç institut birləşdirilərək Neft-Kimya Prosesləri İnstitutu yaradılıb. Üç institutdan birinin Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutu olduğunu deyən alim onun direktorunun dahi Yusif Məmmədəliyev olduğunu əlavə edib: "Dünyada tanınmış alim Y.Məmmədəliyevin institutumuzun şərəfli tarixində xüsusi yeri var. Təsadüfi deyil ki, o, iki dəfə Azərbaycan Elmlər Akademiyasının prezidenti seçilib, Bakı Dövlət Universitetinin rektoru olub. İkinci Dünya müharibəsində SSRİ-nin qələbəsində onun elmi nəticələrinin xüsusi rolu olub. Onun 1946-cı ildə aldığı SSRİ dövlət mükafatı da bunun təsdiqidir”.

Akademik vurğulayıb ki, yarandığı gündən İvan Qutt, Matvey Kapelyuşnikov, Tahirə Tahirova, Nikolay Lutsenko, Hacı Həşimov, Yusif Məmmədəliyev, Vahab Əliyev, Murtuza Nağıyev, Musa Rüstəmov institutun direktorları olublar. Həmin alimlər dünya şöhrətli elmi məktəblər yaratmaqla yanaşı, elmin sənayeyə tətbiqi sahəsində də böyük uğurlar qazanıblar. Natiq institutun şərəfli tarixini yaradanlar sırasında akademiklər İzzət Orucova, Rüstəm İsmayılov, Əli Quliyev, Soltan Mehdiyev, Bahadur Zeynalov, Məhərrəm Məmmədyarov, Toğrul Şaxtaxtinski, Nadir Seyidov, Sahib Əliyev, Ayaz Əfəndiyev, Akif Əzizov, Vaqif Fərzəliyev, Dilqəm Tağıyev, Ramiz Rizayev, Əjdər Məcidov, müxbir üzvlər Məcid Mərdanov, Bilal Dadaşov, Nazil Canıbəyov, Fəzilə Səmədova, Nazim Hüseynov, Hafiz Əlimərdanov, Ziyafəddin Əsədov və başqalarının xüsusi yer tutduğunu əlavə edib.

V.Abbasov institutun fəaliyyət göstərdiyi bu müddət ərzində bir çox uğura imza atıldığını, mühüm elmi nəticələr əldə olunduğunu söyləyib. Qeyd edib ki, SSRİ-də ilk yüksək oktanlı aviasiya benzini, Bakı neftindən bir neçə növ reaktiv yanacağın alınma texnologiyası, SSRİ miqyasında tətbiq olunmuş rəqabət qabiliyyətli parafinsizləşdirmə prosesi, eləcə də bu gün uğurla istifadə olunan katalitik krekinq prosesi institutun nəticələridir. İlk raket yanacağının bu institut tərəfindən təklif olunduğunu deyən alim 1983-cü ildən Rusiya, Qazaxıstan, Ukrayna, Türkmənistan, Azərbaycanda tətbiq olunan çoxfunksiyalı korroziya inhibitoru, 1988-ci ildə lisenziya ilə Rusiya Federasiyasına satılmış Azəri inhibitorunun texnologiyası, analoqlarından üstün olan superplastifikatorun alınma texnologiyası, maye kauçukun ən müasir istehsal texnologiyası, yüngül gəmi dizel mühərrikləri üçün yanacaq alınma texnologiyası, dünyada bənzəri olmayan müalicəvi "ağ Naftalan yağı"nın alınma texnologiyası və digər elmi nəticələri sadalayıb. Qeyd edib ki, institutun alimləri SSRİ-nin 6 dövlət mükafatına və Azərbaycanın 4 dövlət mükafatına layiq görülüblər.

Müxtəlif istiqamətli tədqiqatların bu gün davam etdirildiyini deyən V.Abbasov institutun istehsalatla əlaqəli işlədiyini bildirib. Vurğulayıb ki, respublikanın elmi-tədqiqat institutları və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edilir.

Akademik institutun şərəfli tarixinə və bu gününə böyük dəyər verdiyi üçün Prezident İlham Əliyevə, yubiley tədbirinin təntənəli şəkildə təşkilinə görə isə AMEA rəhbərliyinə kollektiv adından təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev Neft-Kimya Prosesləri İnstitutunun tarixinin Azərbaycanın qədim neft-qaz sənayesinin inkişaf yolu ilə sıx bağlı olduğunu bildirib. Vurğulayıb ki, bu gün də neft-qaz sənayesinin inkişafına mühüm töhfələr verən institut yüksək elmi potensialı, müasir biliklərə və zəngin təcrübəyə malik mütəxəssisləri ilə Xəzər regionunda tanınır. Alimlərimizin kataliz, üzvi kimya, yüksəkmolekullu birləşmələr kimyası, neft-kimya sintezi kimi perspektivli istiqamətlər üzrə əldə etdikləri elmi nəticələr böyük istehsalat əhəmiyyəti daşıyır, ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə xidmət edir. SOCAR Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu ilə əməkdaşlığı yüksək qiymətləndirir, institutun maddi-texniki bazasının müasirləşməsini, texniki potensialının zənginləşməsini daim diqqət mərkəzində saxlayır. Neft-Kimya Prosesləri İnstitutu ilə SOCAR-ın Bakı Ali Neft Məktəbinin əməkdaşlığı da uğurludur. Tələbələr institutun laboratoriyalarında tədqiqatlar aparır, nüfuzlu alimlərin kimyadan mühazirələrinə qulaq asır və laboratoriya məşğələləri keçirlər. Bir sözlə, əməkdaşlıq ildən-ilə daha da genişlənir və dərinləşir.

Yubiley tədbirində çıxış edən Təhsil naziri Ceyhun Bayramov vurğulayıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi neft strategiyasının elmi təminatına Neft-Kimya Prosesləri İnstitutu böyük töhfələr verir. İnstitut elmin və təhsilin uğurlu inteqrasiyası sahəsində əla təcrübə yaradıb, habelə ali məktəblər və istehsalat üçün yüksəkixtisaslı kadrlar yetişdirib. Hazırda magistratura və doktorantura səviyyəsində bu iş uğurla davam etdirilir.

Ceyhun Bayramov diqqətə çatdırıb ki, institutun alimləri ümumtəhsil məktəbləri və ali təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin hazırlanmasında fəal iştirak edirlər. Məhz onların müəllifliyi ilə 28 dərslik, 52 dərs vəsaiti hazırlanıb. Müstəqillik illərində bütün siniflər üçün kimya dərsliklərinin müəllifləri Neft Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və institutun əməkdaşları olublar. 2003-cü ildən bu elm müəssisəsinin Təhsil İnstitutu ilə birgə çap etdirdiyi "Kimya məktəbdə” elmi jurnalı müəllim və tələbələr üçün faydalı vəsaitə çevrilib.

Mərasimdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, akademik N.D.Zelinski adına Noosfera Mühafizə Mərkəzinin və Muzeyinin direktoru, professor Andrey Nikolayeviç Zelinski, İğdır Universitetinin rektoru professor Mehmet Hakkı Alma, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı çıxış edərək institutun yaranma tarixindən, fəaliyyət istiqamətlərindən, həyata keçirilən layihə və tədqiqatlardan, uğurlu nəticələrdən danışıb, qurumun neft emalı və neft kimyası sahəsinə böyük töhfə verdiyini bildiriblər. Çıxış edənlər elmi müəssisənin kollektivini 90 illik yubiley münasibətilə təbrik ediblər, gələcək tədqiqatlarda onlara uğurlar arzulayıblar.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM