02 Oktyabr 2019 11:54
888
Elm və texnika
A- A+

Milli Azərbaycan Tarixi Muzeyində Əhməd bəy Ağaoğluya həsr olunmuş beynəlxalq simpozium keçirilir


Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 aprel tarixli Sərəncamına uyğun olaraq görkəmli mütəfəkkir, dövlət xadimi, XIX əsrin sonu XX əsrin əvvəllərində milli oyanış hərəkatının öncüllərindən biri olan Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyi ölkəmizdə geniş qeyd edilir.

AZƏRTAC xəbər verir ki, yubiley tədbirləri çərçivəsində oktyabrın 2-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Əhməd bəy Ağaoğluya həsr olunmuş beynəlxalq simpozium işinə başlayıb.

Simpoziumu giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Ə.Ağaoğlunun Azərbaycanın və bütövlükdə türk dünyasının ictimai-siyasi fikir tarixində yeri və rolu haqqında danışıb.

Açılış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Xalq yazıçısı Anar, Türkiyədən professor Yasemin İnceoğlu Giritli Ə.Ağaoğlunun zəngin irsindən, onun öyrənilməsinin və populyarlaşdırılmasının vacibliyindən söhbət açıblar, bu işdə Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən təşkil olunan beynəlxalq elmi simpoziumun əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, beynəlxalq simpozium işini sabah da davam etdirəcək. Simpoziumda Ə.Ağaoğlunun Azərbaycanda və Türkiyədə ictimai-siyasi fəaliyyəti, türkçülük ideologiyasının formalaşmasında xidmətləri, Şərqdə müasirləşmə problemlərinə baxışı, Ağaoğlular nəslinin Türkiyənin ictimai-siyasi həyatında rolu və s. mövzular ətrafında müzakirələr aparılacaq. Azərbaycan, İran, Niderland, Rusiya, Türkiyə alimlərinin iştirak edəcəyi tədbirdə 30-dan artıq elmi məruzənin dinlənilməsi nəzərdə tutulub. Simpoziumun işində Ə.Ağaoğlunun Türkiyədə yaşayan qohumları - nəticəsi Əhməd Ağaoğlu, bacısı nəvəsi professor Yasemin İnceoğlu Giritli, böyük əmisinin nəticəsi Yeşim Ağaoğlu da iştirak edəcəklər.

Həmçinin bu gün Azərbaycan Dövlət Filarmoniyasında Ə.Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçiriləcək. Dövlət rəsmilərinin, ictimai xadimlərin, alimlərin iştirak edəcəyi mərasimdə Əhməd bəyə həsr olunmuş fotosərgi təşkil ediləcək, "Millət fədaisi” filmi ilk dəfə təqdim olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video