02 Oktyabr 2019 00:45
735
Mədəniyyət
A- A+

İsrailin rok qrupu Nəsimi festivalı çərçivəsində Bakıda konsert proqramı ilə çıxış edib


Oktyabrın 1-də Bakı Media Mərkəzində II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində İsrailin "Dudu Tassa & the Kuwaitis” rok qrupunun konserti olub.

AZƏRTAC xəbər verir ki, rok qrupunun konserti tamaşaçılarda unudulmaz təəssürat doğurub.

"Dudu Tassa & the Kuwaitis” 2017-ci ildə ABŞ turu zamanı "Radiohead”in dəstəyi ilə Kaliforniyanın nüfuzlu Coachella festivalının (2017) açılışında öz mahnılarını səsləndirib.

Qrup, həmçinin 2016-cı ildə Womex, Sziget, 2017-ci ildə Ostrava festivallarında və digər layihələrdə iştirak edib.

Qrupun yaradıcısı David "Dudu" Tassa İsrailin ən tanınmış musiqiçilərindən biridir. 2011-ci ildə qrup "Dudu Tassa & the Kuwaitis” adlandırılıb və eyniadlı albom buraxıb. O zamanlar qrup ənənəvi İraq musiqisini yeni təqdimatda ifa edirdi. Sonradan israilli musiqiçilər Al-Kuwaity qardaşlarının bəstələdiyi mahnıları özlərinə uyğun aranjeman edərək repertuarlarına daxil ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video