Alternative content

14:43 19 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:14 19.10.2019 İşıqlı ölkə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kamran İmanov: Əqli mülkiyyət sisteminin inkişafı olmadan innovativ inkişaf yolu mümkün deyil
Kamran İmanov: Əqli mülkiyyət sisteminin inkişafı olmadan innovativ inkişaf yolu mümkün deyil
ANA SƏHİFƏ / Elm və texnika
21:30 01.10.2019

Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin assambleyalarının 59-cu sessiyası keçirilir. Sentyabrın 30-da işə başlayan sessiyada Azərbaycanı Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Kamran İmanov ÜƏMT-nin Baş Assambleyasının açılış sessiyasında çıxış edib. O, Azərbaycan Respublikasının nümayəndə heyəti adından assambleya iştirakçılarını salamlayaraq, onun səmərəli işinin fəaliyyətinin əlaqələndirilməsində ÜƏMT-nin Baş direktoru Frensis Qarrinin rəhbərliyi altında katibliyinin işini yüksək qiymətləndirib. Kamran İmanov Baş direktorun peşəkarlığı, işgüzarlığı və yüksək mədəniyyətinin təşkilatın səmərəli idarə olunmasında xüsusi əhəmiyyət kəsb etməsini vurğulayıb.

Agentliyin rəhbəri, həmçinin Frensis Qarrinin beynəlxalq əqli mülkiyyət sisteminin inkişafına töhfə verən, innovasiya, yaradıcılıq və davamlı inkişafı təşviq edən fəaliyyətini dəstəklədiyini bildirib.

O vurğulayıb ki, texnologiyaların təsiri altında dinamik şəkildə dəyişən dünya, yeni yaranan qlobal çağırışlar milli dövlətlərin qarşısına qlobal dəyişikliklərin mənfi nəticələrini minimallaşdırmaq və dayanıqlı inkişaf yollarını aramaq vəzifələrini qoyur. Müstəqil inkişaf yollarını axtaran və tapan Azərbaycan bu gün ölkə rəhbərliyinin başladığı islahatların yeni mərhələsindən keçir, ictimai tələblərə adekvat həyata keçirilən islahatlar gerçəkliyimizin bütün sahələrinə sirayət edir.

Azərbaycanın islahatçı ölkələrin ilk onluğunda yer aldığını və aparılan islahatların sayına görə dünya ölkələri arasında birinci yerdə olduğunu xüsusi vurğulayan Kamran İmanov Dünya Bankının "Doing Business 2019” hesabatına görə Azərbaycanın 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını, ölkəmizin inamlı innovativ inkişafının Ümumdünya İqtisadi Forumunun hesabatında da əks olunduğunu, həmin sənəddə Azərbaycanın "əqli mülkiyyətin qorunması” alt indeksində 36-cı, "qanunvericilik səmərəliliyi” üzrə 22-ci və "hakimiyyətin fəaliyyəti” üzrə 20-ci yeri tutduğunu diqqətə çatdırıb.

O, ölkəmizdə həyata keçirilən islahatların innovativ əsaslarını əks etdirən əqli mülkiyyət sahəsinin mühüm institusional və funksional dəyişikliklərlə müşayiət edildiyini, müəlliflik hüququ və əlaqəli hüquqlar, həmçinin sənaye mülkiyyəti sahələri üzrə səlahiyyətləri özündə birləşdirən Əqli Mülkiyyət Agentliyinin yaradıldığını, Respublika Elmi-Texniki Kitabxanasının Agentliyin idarəçiliyinə verildiyini, tabeliyində iki mərkəzin - Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin yaradıldığını bildirib.

Agentliyin nəzdində innovasiyalara dəstək, həmçinin texnologiya transferi və kommersiyalaşdırma mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi istiqamətində geniş miqyaslı işlər görüldüyünü qeyd edən Kamran İmanov aparılmış islahatlar nəticəsində özündə üçlük vəhdətli bir formulu – koqnitivlik-kreativlik-kommersiyalaşma (Cognitivity-Creativity-Commercialization - 3C) – birləşdirən özünəməxsus idarəetmə modelinin qurulduğunu vurğulayıb.

Agentliyin rəhbəri qeyd edib ki, əqli mülkiyyət sisteminin inkişafı olmadan innovativ inkişaf yolu mümkün deyil, investisiya və innovasiyanın qorunmasını təşviq edən ƏM sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə iqtisadi islahatların həyata keçirilməsinə xidmət edir. Onun sözlərinə görə, Agentlik çərçivəsində aparılan idarəetmə islahatları nəticəsində ixtiraçılıq və patent fəallığının artırılması üçün tədbirlər, mübahisələrin məhkəmədənkənar üsullarla (mediasiya) Apellyasiya Komissiyaları vasitəsilə tənzimlənməsi layihələri hazırlanıb. Agentlikdə, həmçinin patent fəaliyyətinin sürətləndirilməsi və şəffaflığını təmin etmək, habelə blokçeyn texnologiyaları da daxil olmaqla yeni rəqəmsal sistemlərin yaradılması və tətbiq edilməsi məqsədilə fəal iş aparılır.

Kamran İmanov bildirib ki, Agentliyin əqli mülkiyyət siyasətinin fokusunda 3.0 Universitetlərinin (təhsil+tədqiqat+kommersiyalaşdırma) təşkili, kiçik və orta sahibkarlıqda innovasiyaların stimullaşdırılması, əqli mülkiyyət üzrə təlim mərkəzlərinin yaradılması, startap və spinautlar üçün vergi güzəştləri, milli brendlərin tanıdılması və əlbəttə ki, Respublika Elmi-Texniki Kitabxanasının rəqəmsallaşdırılması dayanır. O vurğulayıb: "Xüsusi qeyd etmək istərdim ki, "Universitetlər və elmi-tədqiqat müəssisələrində əqli mülkiyyət siyasəti” layihəsi çərçivəsində biz ÜƏMT, rəqəmsal milli əqli mülkiyyət aqreqatorunun (bazasının) yaradılması məsələsində isə Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq edirik”.

Sessiya oktyabrın 9-dək davam edəcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM