Alternative content

14:49 19 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:14 19.10.2019 İşıqlı ölkə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV PwC-nin Mərkəzi və Şərqi Avropa üzrə tərəfdaşları ADA Universitetinin tələbələri ilə görüşüblər
PwC-nin Mərkəzi və Şərqi Avropa üzrə tərəfdaşları ADA Universitetinin tələbələri ilə görüşüblər
ANA SƏHİFƏ / Elm və texnika
21:23 01.10.2019

PwC-nin Mərkəzi və Şərqi Avropa (CEE) üzrə yeni təyin edilmiş tərəfdaşları cari ildə Bakıda keçirilən PwC CEE Partnyorlarının illik konfransı çərçivəsində oktyabrın 1-də ADA Universitetinin tələbələri ilə görüşüblər. Tərəfdaşların konfransı regionda hədəflərin müəyyən edilməsi, şəbəkələşmə və biznesin gələcəyinin planlaşdırılması mövzusunda CEE üzrə 285 tərəfdaşı, eləcə də region və PwC Qlobal Şəbəkəsinin liderlərini bir araya gətirib. Tədbirdə PwC CEE üzrə yeni təyin edilmiş 25 tərəfdaş və ADA Universitetinin MBA və ictimai siyasət proqramları üzrə təhsil alan 75 tələbəsi gələcək biznes liderləri kimi öz ambisiyaları, regionda iqtisadiyyatın və cəmiyyətlərin üzləşdiyi meqatendensiyalar və problemlər haqqında ətraflı müzakirələr aparıb.

AZƏRTAC xəbər verir ki, tədbirə PwC şəbəkəsi üzrə strategiyaların hazırlanması və liderliyin inkişafı üzrə lider Bler Şepard moderatorluq edib.

"İllərlə davam edən sürətli qloballaşmadan sonra bu gün dünya iqtisadiyyatının daha çoxqütblü olma tendensiyasının şahidi olur, eyni zamanda, iqlim dəyişikliyindən tutmuş hərtərəfli texnoloji inqilabın təsirinə görə bərabərsizliyin artmasına qədər bir sıra potensial kataklizmik problemlərlə üzləşirik. Gələcək nəsil biznes və dünya liderləri liderliyin altı paradoksuna əsaslanaraq, bu problemlərin həlli üçün yaradıcı yollar axtarmalıdırlar. ADA Biznes Məktəbinin parlaq tələbələri ilə keçirilmiş bugünkü görüş biznes liderlərinin dünyanın qarşılaşdığı bir çox problemlərin həlli yollarını tapmaqda daha geniş ictimaiyyətlə necə əlaqə yaratmaları mövzusunda çox maraqlı fikirlər ortaya çıxardı”, - deyə Bler Şepard bildirib.

"Biz fəxr edirik ki, PwC CEE Partnyorların illik konfransının keçiriləcəyi məkan kimi Bakını və bu il "Yeni partnyorların fəaliyyətə başlaması” proqramı çərçivəsində ADA Universiteti ilə əməkdaşlığı seçib. Tələbələrimizə yüksək keyfiyyətli təhsil verməyə, biznes sektoru daxil olmaqla müxtəlif maraqlı tərəflərlə tərəfdaşlıq qurmağa, eləcə də tələbələrimizin yüksək peşəkarların bilik və ideyalarından istifadə etməsinə şərait yaradırıq. Eyni zamanda, biz universitetimizin Azərbaycanın gələcək nəsil liderlərinin formalaşmasında mühüm rol oynadığına inanırıq. Bu isə öz növbəsində gələcək problemlərin öhdəsindən uğurla gəlmək, xüsusilə iqtisadiyyatımızı davamlı inkişaf etdirmək və şaxələndirmək üçün dərin bilik və bacarıqlar tələb edir. Azərbaycanın gələcəyi üçün PwC ilə qurduğumuz bu strateji tərəfdaşlığı alqışlayıram”,- deyə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qeyd edib.

PwC CEE-nin Baş direktoru Nik Koş deyib: "Regional fəaliyyətimiz yüksək templə artmaqdadır, eyni zamanda, şirkətimizin orta və uzunmüddətli perspektivdə rəqabətliliyini təmin edəcək geniş transformasiya proqramına başlamışıq. Məhsullarımızı, xidmətlərimizi və proseslərimizi XXI əsr rəqəmsal iqtisadiyyatın reallıqlarına uyğunlaşdırmaq üçün imkanlarımızı genişləndirir və perspektivli rəqəmsal inkişaf proqramını tətbiq edirik. Partnyorların konfransını ilk dəfə Bakıda təşkil etdiyimiz üçün çox şadıq. Azərbaycan ən dinamik bazarlarımızdan biridir. Ölkənin son otuz ildə əldə etdiyi tərəqqi və təbii üstünlüklərdən mükəmməl istifadə yolları həqiqətən məni heyrətləndirir”.

"Bu gün yeni tərəfdaşlarımız və ADA Universitetinin tələbələri arasında belə bir möhtəşəm görüşün keçirilməsi məni ruhlandırır. Biz həqiqi tərəfdaşlarıq. Universitet rəhbərliyinin hədəfi dünya səviyyəli təhsil müəssisəsi yaratmaq və gənclərin öz potensiallarını reallaşdırması, həqiqi beynəlxalq mütəxəssis olması və cəmiyyətlərimizin çiçəklənməsinə kömək etməkdir. Bu, PwC dəyərlərinə və cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etmək məqsədimizlə tam üst-üstə düşür”, - deyə PwC Azərbaycanın ölkə üzrə idarəedici tərəfdaşı Mövlan Paşayev bildirib.

PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. PwC dünyanın 158 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyətli xidmətlər göstərən 250 min mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. PwC son 25 il ərzində Mərkəzi və Şərqi Avropada fəallığını artırmışdır. PwC Mərkəzi və Şərqi Avropa tətbiq olunan yerli qanun və qaydalara uyğun olaraq ayrı-ayrı hüquqi şəxslərdən ibarət şirkətlər şəbəkəsidir. Biz yerli bazarlarda müştərilərimizin daha çox uğur qazanması və qlobal rəqabət qabiliyyətini artırmasına kömək göstəririk. Bu gün regionda 30 ölkə üzrə 60 ofisimizdə 285 partnyor daxil olmaqla 12 mindən çox əməkdaş çalışır.

"PwC” dedikdə PwC şəbəkəsi və/və ya hər biri ayrıca hüquqi şəxs olan PwC şəbəkəsinə üzv olan bir və ya bir neçə şirkətlər nəzərdə tutulur. Ətraflı məlumatla www.pwc.com/structure linkində tanış olmaq mümkündür.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM