01 Oktyabr 2019 21:02
1485
Səhiyyə
A- A+

Passiv tütünçəkmə qeyri-infeksion xəstəliklərə səbəb olur


Dünyada vaxtsız ölümə səbəb olan 8 əsas xəstəlik var ki, onun 6-sı üçün risk faktoru tütündür. Dünya Səhiyyə Təşkilatı belə bir açıqlama ilə çıxış edib.

Statistikaya görə, hər il 8 milyon nəfər tütünçəkmə nəticəsində vaxtından əvvəl dünyasını dəyişir. Onların 1 milyonu passiv tütün çəkənlər, yəni özləri istifadə etməsələr də, tütün tüstüsünün zərərli təsirinə məruz qalanlardır.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai səhiyyə və islahatlar mərkəzinin şöbə müdiri Şəhla Mirzəzadə siqaretin səbəb olduğu xəstəliklərdən danışıb: "Ağciyər xərçənginin yaranma səbəblərinin 90 faizi məhz tütünçəkmə ilə bağlıdır. Ümumiyyətlə, tütünçəkənlərin həyatı 15-20 il qısalmış olur. Digər orqanlarda da xərçəng xəstəliklərinin növləri müşahidə olunur. Bundan başqa tütünçəkmə damarlarda aterosklerozun yaranmasına, ateroskleroz isə ürəyin infarktına və beyin insultuna səbəb olur. Tütünçəkmənin yaratdığı qeyri-infeksion xəstəliklərlə yanaşı, xərçəng növləri də həyatın tez qısalmasına aparıb çıxarır”.

Dünyada olduğu kimi, ölkəmizdə də passiv tütünçəkməyə məruz qalanlar çoxdur. Onlar özləri tütündən istifadə etmədən onun qurbanına çevrilirlər. Bu sıyahıda uşaqları xüsusi qeyd etmək lazımdır.

"Uşaqların 50 faizi, yəni hər iki uşaqdan biri tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır. Bu, həmin uşaqlarda tənəffüs yolları xəstəliklərinin başlanma mərhələsinə gətirib çıxarır. Hansısa uşaqda tənəffüs yolları xəstəlikləri, məsələn, astma varsa, həmin prosesin daha da kəskinkəşməsinə səbəb olur”, - deyə şöbə müdiri əlavə edib.

Ötən ilin statistikasına görə, ölkəmizdə 15 və yuxarı yaşda olanların 33,1 faizi siqaret çəkir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video