01 Oktyabr 2019 14:53
660
Mədəniyyət
A- A+

Bakı Kitab Mərkəzində Nəsimi festivalı çərçivəsində mühazirələr dinlənilib


Oktyabrın 1-də Bakı Kitab Mərkəzində Nəsimi festivalı çərçivəsində mühazirələr dinlənilib.

AZƏRTAC xəbər verir ki, tədbiri mərkəzin direktoru Günel Rzayeva açaraq bu günlərdə ölkəmizdə keçirilən böyük mütəfəkkir Nəsimiyə həsr olunmuş festival barədə fikirlərini bölüşüb. Bildirilib ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nəsimi- şeir, incəsənət və mənəviyyat Festivalında beynəlxalq miqyasda tanınmış nəsimişünaslar, şair və alimlər, filosoflar, rəssamlar, musiqi, rəqs və teatr qrupları iştirak edirlər. Belə tədbirlərdən biri də bu gün burada təşkil olunan mühazirələrdir.

Daha sonra mühazirələr dinlənilib. İlk mühazirəni italiyalı şair və dramaturq Davide Rondoni "Nəsimiyə paralellər: bir italyan şairinin Nəsimiyə dair qeydləri” mövzusunda söyləyib. Məruzəsində D.Rondoni Nəsimi yaradıcılığına nəzər salıb, yeri gəldikcə italiyan şairlərin yaradıcılıqları ilə paralellər aparıb: "YouTube”da şairin adını axtarsanız, yaxşı qrafika və şeir olan sadə bir video görəcəksiniz. "Haradasan” deyə səyyah şair Varlıqdan soruşur... Əlbəttə ki, Nəsiminin geniş və rəngarəng sənətini "YouTube” videosuna sığışdırmaq olmaz. Lakin bu sual dərhal məni cəlb etdi: - Haradasan?... Şeir də belədir: axtaran, sevən, dua edən, öz-özünə yetməyən bir söz. Mütəfəkkir şair haradasan deyə uca Allaha, onun ruhuna sual verir. Tanrının və "mən”in axtarışı, bütün dövrlərin poeziyasında davamlı həyat metaforasıdır”.

"Mən sözsüz ki, İslam ilahiyyatının, onun zəngin və mürəkkəb tarixinin mütəxəssisi deyiləm. Nəsimi poeziyasında güzgü üzərində əks olunan ulduzlar kimi müəyyən xəzinələri və narahatlıqları görürəm. İnsanın Allahın ən yüksək təzahürü olduğuna inam məni xüsusilə valeh edir”, – deyə italiyalı mühazirəçi qeyd edib.

Sonra Böyük Britaniyada yaşayan Azərbaycan əsilli filosof və rəssam Zeyqəm Əzizovun Nəsimi fəlsəfəsi ilə müasir nəzəriyyə və konsepsiyalar arasında paralellərə həsr edilmiş "Nəsimiyə paralellər: Lütfi Zadənin nəzəriyyəsində varlığın qeyri-mükəmməlliyi məfhumu” adlı mühazirəsi dinlənilib.

Əvvəlcə Z.Əzizov Nəsimi- şeir, incəsənət və mənəviyyat Festivalının önəmi haqqında məlumat verib. Bildirib ki, festival mütərəqqi insanları və peşəkarları birləşdirən, beynəlxalq ictimaiyyətin diqqətini Bakıya cəlb edən, mədəni və humanist dəyərləri təbliğ edən vacib və maraqlı tədbirdir.

Qeyd edilib ki, Şərq və Qərbin bir-birindən uzaqlaşdığı bir vaxtda, əslində onları birləşdirən bir çox cəhət var. Nəsimi festivalı da bu yaxınlaşmaya xidmət edir. Xalqlar müxtəlif dillərdə danışsalar da, bəşəriyyət bir vahiddir, dünya ümumbəşəri dəyərlər üzərində dayanır. Uzun illər filosof və rəssam fəaliyyəti ilə əlaqədar böyük şairin yaradıcılığına diqqət yetirdiyini deyən Z.Əzizov vurğulayıb ki, Nəsimi Quranın hərflər sistemi ilə mülahizə olunmasını ifadə edən hürufilik təliminin parlaq nümayəndəsi olub.

"Bu tədbirdə mən insan təbiətinin natamamlığı barədə mühazirə təqdim edəcəyəm. Mühazirəm əsasən, Nəsimi fəlsəfəsinin "qeyri-səlis məntiq” termininin müəllifi, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin banilərindən biri Lütfi Zadə fəlsəfəsi ilə müqayisəsi kontekstində keçəcək. Lütfi Zadə öz tədqiqatları ilə sübut edirdi ki, təbii dilə əsaslanan insan düşüncələri ənənəvi riyazi formalizm çərçivəsində mövcud ola bilməz. Öz məntiqi və nəzəriyyəsi ilə o, həqiqətən də dünya elmində, eləcə də insanın həyata fəlsəfi baxışlarında inqilab etdi. Əsas məna odur ki, fikir heç vaxt tamamlanmır, onu davam etdirmək, dünyanı dərk etmək, özümüzü inkişaf etdirmək və bəşəriyyət naminə yaratmaq olar. Hər iki mütəfəkkirin sözləri "hərfləri” başa düşməsi natamam insan varlığının təkmilləşməsində böyük rol oynayır. Nəsimiyə gəldikdə, bu, "hurifilik”dir - hərf dünyəvidir və insanlar kimi dünyəvi varlıqlara daha yaxındır. Rəqəmlərin əvəzinə "sözlərlə hesablamaq” ı elmi cəhətdən əsaslandıran Lütfi Zadəyə gəldikdə isə o, mürəkkəb texnologiyaları əhali üçün asanlaşdırmağa çalışmısdır”,- deyə Z.Əzizov söyləyib.

Tədbir Nəsiminin seçilmiş qəzəlinə müxtəlif təfsir yanaşmalarının müzakirəsi ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video