01 Oktyabr 2019 14:38
572
İQTİSADİYYAT
A- A+

Komitə sədri: Siyahıyaalma zamanı həm mənzil fondu, həm də əhali siyahıya alınır


Oktyabrın 1-dən 10-dək müstəqillik dövründə Azərbaycanda sayca üçüncü dəfə əhalinin siyahıyaalınması keçirilir. Saat 00:00-dan Heydər Əliyev Beynəlxalq Aeroportunda və dəmir yolu ilə ölkəmizə gələnlərin siyahıyaalınmasına başlanılıb. Saat 08:00-dan isə bütün ölkə üzrə əhalinin siyahıyaalınması aparılır. Siyahılaalma zamanı həm mənzil fondu, həm də əhali siyahıya alınır.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il sentyabrın 7-də "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərman imzalanıb. Sözügedən Fərmanın icrasını təmin etmək məqsədilə "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli Qərarı ilə həm Dövlət Statistika Komitəsinin, həm də digər dövlət qurumlarının üzərinə düşən vəzifələr müəyyən olunub və həmin qərara uyğun olaraq aidiyyəti qövlət qurumları tərəfindən müvafiq hazırlıq işləri görülüb.

"BMT-nin "2020-ci il mərhələsində əhali və mənzil fondunun siyahıyaalınmalarının keçirilməsinə dair Avropa statistikləri konfransının tövsiyələri” ilə nəzərdə tutulmuş əsas əlamətləri özündə əks etdirən siyahıyaalma proqramı, Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklər, MDB-yə üzv olan dövlətlərin statistika xidmətləri rəhbərləri Şurasının müvafiq qərarı, Azərbaycanda müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun qərarların qəbulu üçün statistik məlumatlara olan tələbat nəzərə alınmaqla siyahıyaalma və sorğu vərəqələri hazırlanıb, digər metodoloji sənədlər təsdiq edilib. Əhalinin siyahıyaalınmasına hazırlıq mərhələsinin ən vacib tədbirlərindən biri olan və siyahıyaalma zamanı əhalinin tam əhatə olunması üçün dolğun uçotun təşkil edilməsi, siyahıyaalmanın rayonlaşdırılması, şəhər, qəsəbə və kəndlərin ərazilərinin siyahıyaalma, təlimatçı və sayıcı məntəqələrinə düzgün bölüşdürülməsinin təmin edilməsi üçün xüsusi əhəmiyyət daşıyan şəhər, rayon və şəhər rayonları üzrə təşkilati planların tərtib olunması məqsədilə formalar, habelə "Əhalinin siyahıyaalınması ilə bağlı Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planların tərtib edilməsinə dair göstərişlər” təsdiqlənib. Hazırlanmış 50-dək metodoloji və köməkçi sənəd Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyada təmsil olunan 19 dövlət qurumu, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə razılaşdırılaraq təsdiqlənib və bütün bu sənədlər ötən il oktyabrın 1-10-də Qəbələ rayonunda aparılmış əhalinin sınaq siyahıyaalınması zamanı uğurla sınaqdan keçirilib", - deyə komitə sədri qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video