01 Oktyabr 2019 14:28
759
Mədəniyyət
A- A+

Azərbaycanlı kinematoqrafçıların Los-Anceles şəhərində təqdimatı keçirilib


Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunda ABŞ Dövlət Departamentinin Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramı çərçivəsində azərbaycanlı kinematoqrafçıların təqdimatı keçirilib.

Baş Konsulluqdan AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, Baş Konsulluq və Los-Anceles Beynəlxalq Ziyarətçilər Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə amerikalı kinoşünaslar, müxtəlif icmaların nümayəndələri, incəsənət xadimləri, diplomatlar və jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən baş konsul Nəsimi Ağayev Azərbaycan kino sənətinin tarixi və inkişaf mərhələləri haqqında məlumat verib. O qeyd edib ki, əsası 1898-ci ildə qoyulmuş Azərbaycan kinosu şərəfli yol keçib, gözəl sənət əsərləri ortaya qoyaraq dünya kinosuna bir sıra önəmli töhfələr verib. Diplomat 1943-1945-ci illərdə çəkilmiş "Arşın mal alan” filmi haqqında ətraflı danışıb. Qeyd edib ki, filmin İkinci Dünya müharibəsinin ən çətin illərində SSRİ-də dövlət səviyyəsində böyük büdcə ilə çəkilməsinin əsas "səbəbkarları” məhz 1937-ci ildə dahi Üzeyir Hacıbəylinin ölməz əsərini oğurlayaraq Los-Ancelesdə eyniadlı film çəkən ermənilər olub. Erməni rejissor Sertag Vartianın çəkdiyi filmdə məzmun dəyişdirilib, hadisələrin Şuşada deyil, guya İranda baş verdiyi iddia edilib, ən əsası isə Ü.Hacıbəylinin müəllifliyi qeyd olunmayıb. Məhz bundan sonra Azərbaycanda çəkilən "Arşın mal alan” filmi Azərbaycan və dünya kinematoqrafiyasının ən gözəl incilərindən biri olaraq sonradan dünyanın 130-dan çox ölkəsində uğurla nümayiş etdirilmişdi. N.Ağayev bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Los-Ancelesdə yüksək peşəkarlıqla rənglənmiş film Baş Konsulluq tərəfindən Hollivudda 2015-ci ildə nümayiş etdirilib. Baş konsul müstəqilliyin bərpasından sonra Azərbaycan kinosunun yeni mərhələyə qədəm qoyduğunu və bir sıra uğurlu filmlərin çəkildiyini qeyd edib.

N.Ağayev daha sonra azərbaycanlı kinematoqrafçıları qonaqlara təqdim edib.

Los-Anceles Beynəlxalq Qonaqlar Şurasının prezidenti Canet Elliot çıxışında azərbaycanlı kinematoqrafçıların səfəri haqqında ətraflı danışaraq, sözügedən proqram haqqında məlumat verib. Sonra azərbaycanlı kinematoqrafçılar adından çıxış edən kinorejissor Cəfər Axundzadə Los-Ancelesə səfərin olduqca məhsuldar keçdiyini, səfər müddətində müxtəlif yerli kinostudiyalarda olduqlarını və kinoşünaslarla maraqlı fikir mübadilələri apardıqlarını diqqətə çatdırıb.

Tədbir qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video