Alternative content

05:56 20 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:17 20.10.2019 Zəfərin Komandanı
01:16 20.10.2019 Prinsipial mövqe
00:50 20.10.2019 Torpağa bağlı ömür
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İslahatlar dərinləşir, reytinq yüksəlir, nüfuz artır
İslahatlar dərinləşir, reytinq yüksəlir, nüfuz artır
ANA SƏHİFƏ / SİYASƏT
00:50 01.10.2019


Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət Dünya Bankının nüfuzlu "Doing Businesshesabatında yenidən yüksək qiymətləndirildi


Bu, Dünya Bankının mütəmadi hazırladığı hesabatlar üzrə regionun lideri olan Azərbaycanın ildən-ilə artan uğurlarının real göstəricisidir.

Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və dərin iqtisadi islahatlarına verilən beynəlxalq qiymət olmaqla bərabər reallığa çevrilən yeniliklərin dünyanın ən nüfuzlu iqtisadi qurumlarının diqqətindən yayınmamasının əyani təzahürüdür.

Dünya Bankının hər il hazırladığı hesabat biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. "Doing Business” komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir. Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Nəticədə hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir.

Hesabat xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda ("Qlobal Rəqabətlilik Hesabatı”, "Qlobal İnnovasiyalar İndeksi”, "İqtisadi Azadlıq İndeksi”, "Qlobal İmkanlar İndeksi” və s.) baza rolunu oynayır.

Əlbəttə ki, bu hesabatlarda Azərbaycanın mövqeyinin yaxşılaşması birbaşa 2015-ci ildən daha da dərinləşməyə başlayan islahatların nəticəsi olaraq xarakterizə olunmalıdır. Göründüyü kimi, son 4 ilin hesabatlarında Azərbaycan yüksəlişdədir. Ölkəmizin iqtisadi sahədə qazandığı nailiyyətlər, eləcə də həyata keçirilən liberal iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl və qətiyyətli addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən fond və mərkəzlərin diqqətindən kənarda qalmır.

Göstəricilərə nəzər yetirdikdə aydın şəkildə görünür ki, əgər Azərbaycan "Doing Business 2017” hesabatında 65-ci pillədə qərarlaşmışdısa, bir il sonrakı hesabatda 8 pillə yüksələrək 57-ci yerə qalxıb. 190 ölkənin biznes mühitini qiymətləndirən hesabata əsasən, Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri sayılıb. Bir il sonra, "Doing Business 2019” hesabatında isə mövqeyini 32 pillə yaxşılaşdıran ölkəmiz 190 dövlət arasında 25-ci yerdə qərarlaşıb. "Doing Business 2020” hesabatında isə Azərbaycan daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilib.

Ötən 4 ildəki yüksəlişi şərtləndirən islahatlara da nəzər yetirək:

"Doing Business 2017” - idxal və ixrac bəyannamələrinin elektron qaydada verilməsi, vergilərin ödənilməsi, elektrik təchizatı şəbəkələrinə qoşulma, biznesə başlama, əmlakın qeydiyyatı, kiçik investorların maraqlarının qorunması, müqavilələrin icrasının təmin edilməsi.

"Doing Business 2018” - müflisləşmənin həll edilməsi, kiçik investorların hüquqlarının qorunması, müqavilələrin icrası, kreditlərə əlçatanlıq, verginin ödənilməsi, elektrik enerjisinin əldə edilməsi, əmlakın qeydiyyata alınması, tikintiyə icazənin verilməsi, daşınmaz əmlakın reyestri, sərhəddə ticarət.

"Doing Business 2019” - tikinti üçün icazələrin alınması, kreditlərin verilməsi, kiçik investorların maraqlarının qorunması, biznesə başlama. Bu hesabata əsasən Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə adlandırıldı.

"Doing Business 2020” - əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması, müqavilələrin icrasının təmin edilməsi. Sənəddə həmçinin göstərilir ki, paytaxtın kadastr xəritəsinin tərtib olunması və Bakıdakı hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, eləcə də mövcud sənədləşmənin təkmilləşdirilməsi və daşınmaz əmlak prosedurlarının çevikliyi nəticəsində daşınmaz əmlakın qeydiyyatı prosesi daha da sürətlənib.

Aparılan islahatlar mütəmadi olaraq əksər indikatorlar üzrə mövqeyin daha üst səviyyəyə qalxmasına imkan verib. Bu uğurlar Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini əks etdirdiyini bir daha göstərir.

Ümumiyyətlə, beynəlxalq reytinq agentlikləri tərəfindən ard-arda Azərbaycan iqtisadiyyatının real vəziyyəti haqqında müsbət hesabatlar təqdim etməsi təsadüfi deyil. Cənab İlham Əliyev tərəfindən 2015-ci ildən etibarən daha da dərinləşdirilən islahatlar ölkəmizdə hər ötən il böyük uğurlarla müşayiət olunur. Davamlı islahatlar aparıldıqca ölkəmizin beynəlxalq hesabatlarda mövqeyinin daha da yaxşılaşmasına səbəb olur. Bu uğurlar Azərbaycan Prezidentinin sosial-iqtisadi siyasətinin nəticələrinə beynəlxalq təşkilatların verdiyi qiymət olmaqla yanaşı, ölkəmizdə sahibkar sinfi üçün yeni imkanların yaradıldığından, xarici investorlara edilən güzəştlərdən xəbər verir.

Digər bir tərəfdən, ölkəmizin nüfuzlu hesabatda irəliləməsinə əsas səbəblər sırasında hökumətin əksər sahələrdə öz xidmətlərini elektronlaşdırmasını, bu xidmətlərin əlçatanlığının təmin olunmasını vurğulamaq mümkündür. Əhali ilə ünsiyyətdə prosedurların sadələşdirilməsi, get-gəlin və tələb olunan bir sıra xərclərin azaldılması, şəffaflığın önə çıxması hesabatı hazırlayanların diqqətini cəlb edən əsas amillər kimi çıxış edir.

İctimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılması Azərbaycanı Cənubi Qafqazın lokomotivinə çevirib.

İstənilən ölkədə isə iqtisadi azadlıq mövcuddursa, dövlət xarici güc və amillərdən asılı olmayaraq xalqın layiqli yaşayışını təmin edə bilir, maddi və mənəvi ehtiyatlarını qorumağa qadir olur. Məhz ölkənin iqtisadi azadlığı şəraitində azad iqtisadiyyat, yəni fəaliyyəti kənar qüvvələrin təsirinə məruz qalmayan sağlam və sərbəst rəqabətə əsaslanan iqtisadiyyat mümkündür. Bu gün Azərbaycanın da adı həmin ölkələr sırasında çəkilir. Çünki bu gün Cənubi Qafqaz regionunun iqtisadi potensialının 65 faizdən çoxu məhz Azərbaycanın payına düşür. Ölkəmiz iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə dünya ölkələri arasında qabaqcıl yerlərdən birini tutur.

Onu da vurğulamaq yerinə düşər ki, ölkəyə verilən beynəlxalq qiymət eyni zamanda xarici investisiyaların cəlb edilməsinə, iqtisadi potensialın tanıdılmasına və təqdim olunmasına da yardım edir. Son 16 ildə ölkə iqtisadiyyatına yatırılan 263 milyard dollarlıq investisiyanın yarısı xarici investorların payına düşür. Bu da aydın şəkildə göstərir ki, Azərbaycanda xarici investorlar üçün əlverişli biznes mühiti yaradılıb.

Bir sözlə, Azərbaycanda aparılan iqtisadi islahatların gələcəyə yönəlik çağırışları nəzərə alması və ölkə iqtisadiyyatının dayanıqlı olaraq gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanması Dünya İqtisadi Forumunun hesabatında bir daha öz əksini tapıb.

"Doing Business 2020”yə dair islahat icmalının təqdim edilməsi ondan xəbər verir ki, Azərbaycan hökuməti növbəti dövrlərdə də islahatları davam etdirəcək və beynəlxalq aləmdə mövqeyimiz daha da yaxşılaşacaq, ölkəmiz yenə də liderliyini qoruyub saxlayacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM