01 Oktyabr 2019 00:34
784
Mədəniyyət
A- A+

Yazıçı Əfqanın 90 illik yubileyi qeyd edilib


Dünən - Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı Əfqanın 90 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər yubilyarın çox zəngin və maraqlı həyat yolundan danışıblar.

Qeyd olunub ki, Əfqan Əsgərov gənc yaşından bədii yaradıcılığa böyük həvəs göstərib, şeirlər yazıb. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. 1953-cü ildə universiteti bitirən Əfqan Əsgərov jurnalist kimi ilk dəfə "Azərbaycan gəncləri” qəzetində fəaliyyətə başlayıb. Qəzetin səhifələrində bir-birinin ardınca maraqlı publisistik yazıları, oçerkləri, felyeton və hekayələri dərc edilib.

Tədbirdə çıxış edənlər diqqətə çatdırıblar ki, Əfqan Əsgərov jurnalistlərin bir çoxunun dəyərli məsləhətçisi olub. Uzun illər "Kommunist” qəzetində çalışan, həmin qəzetdə ədəbiyyat şöbəsinə rəhbərlik edən Əfqan Əsgərov hər zaman istedadlı qələm adamlarına yol açıb. O, 1989-cu ildə "Sovet kəndi” qəzetinin redaktoru olub. 1991-ci ildə Ali Sovetin orqanı olan "Həyat” qəzetinin baş redaktoru işləyib. Bu mətbu orqanlarda fəaliyyəti ilə də həm istedadlı jurnalist, həm də bacarıqlı təşkilatçı kimi rəğbət qazanıb.

Çıxış edənlər istedadlı yazıçı kimi tanınan yubilyarın "Gülyanaq”, "Katib”, "Həsrət də bir vüsaldır”, "Qartal əfsanəsi”, "Dədə Bəhmən”, "Qozbel”, "Məhəbbət ətirli qərənfilim”, "Dünya gözəlliyindir”, "O, daş deyildir” və başqa nəsr əsərlərinin oxucular tərəfindən maraqla qarşılandığını qeyd ediblər.

Tədbirdə həm də yazıçının yeni işıq üzü görmüş "Şahlar şahı” kitabı təqdim olunub. Çıxış edənlər bildiriblər ki, Əfqanın bu tarixi-əfsanəvi romanında hadisələr 6-cı əsrin ikinci yarısında, indiki Azərbaycan ərazisində cərəyan edir. Bildirilib ki, müəllif əfsanə və rəvayətlərlə reallıq və faktları zərgər incəliyi ilə hörərək yenə ürəyəyatımlı, oxunaqlı bir əsər yaradıb.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video