Alternative content

00:11 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Moskva Şəhər Dumasında azərbaycanlı rəssamın sərgisi açılıb
Moskva Şəhər Dumasında azərbaycanlı rəssamın sərgisi açılıb
ANA SƏHİFƏ / Mədəniyyət
23:59 30.09.2019

Moskva Şəhər Dumasında Rusiyanın və Azərbaycanın Əməkdar rəssamı Əsgər Məmmədovun "Nar dalğaları” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə rəssamın Azərbaycan və Rusiya, Qarabağ, Bakı mənzərələri və digər mövzularda çəkdiyi peyzajlar, natürmortlar, portretlər nümayiş olunur.

Sərginin açılışında çıxış edən Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov deyib ki, rəssam Əsgər Məmmədovun əsərlərinin əksəriyyətində nar əks olunub. "Biz bilirik ki, narın ilin günləri qədər - 365 dənəsi var. Qoy, hər günümüzü bu gün Moskva Şəhər Dumasını bəzəyən sənət əsərləri bəzəsin”, - deyə o bildirib. A.Şapoşnikov vurğulayıb ki, Rusiya ilə Azərbaycanı mehriban dostluq əlaqələri birləşdirir və bu münasibətlər bundan sonra da möhkəmlənəcək.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Əsgər Məmmədovu fərdi sərgisinin açılması münasibəti ilə təbrik edib. Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi zamanı Ə.Məmmədovun əsərlərinin saxlandığı ev-muzeyinin yandığını və rəsmlərin məhv olduğunu vurğulayaraq deyib: "Lakin o, ruhdan düşməyib, işləyir və yeni əsərlər yaradır. Sərgidə gördüyünüz rəsmlərdə Vətən həsrəti hiss olunur. Əsgər Məmmədov doğma Vətəni Azərbaycanı, Qarabağı heç zaman yaddan çıxarmır”.

P.Bülbüloğlu A.Şapoşnikovu yenidən Moskva Şəhər Dumasının sədri seçilməsi münasibəti ilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayaraq deyib: "Moskva Şəhər Dumasının VII çağırış deputatlarını təbrik edirəm. Moskvada çoxlu sayda azərbaycanlı yaşayır və işləyir. Biz Rusiya paytaxtında baş verən hadisələrə biganə deyilik. Deputat korpusuna fəaliyyətlərində uğurlar arzu edirəm”.

Mərasimdə çıxış edən tarix elmləri namizədi Manaf Ağayev, Rusiyanın Əməkdar rəssamı Pavel Boyko, şair Sultan Mərzili, "Dirçəliş və Ümid” Xeyriyyə Fondunun rəhbəri İrina Boqaçyova rəssamın yaradıcılığında söhbət açıblar.

Əsgər Məmmədov sərginin təşkilinə görə Moskva Şəhər Dumasına təşəkkürünü bildirib. O qeyd edib ki, sərgidə təqdim olunan əsərlərin əksəriyyəti Azərbaycana həsr edilib: "Mənim 50 illik yaradıcılıq yolumun başlıca ilham mənbəyi Azərbaycandır. Yaratmaq əzmini və gücünü də məhz Vətənimdən alıram”.

Sərgi oktyabrın 11-dək davam edəcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM