30 Sentyabr 2019 23:56
693
Mədəniyyət
A- A+

İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində növbəti təqdimat

İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "İztirablı könül” Anhui Əyaləti Huiju Teatrının tamaşası (Çin) (Azərbaycan dilində subtitrlər ilə) təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Uilyam Şekspirin "Makbet” əsərinin motivləri əsasında hazırlanmış səhnə əsəri böyük maraqla qarşılanıb.

Tamaşanın köməkçi prodüser Ji Guoping, baş prodüser Zhang Juhuai, ssenari müəllifi Sun Qiang, direktor Su Qinna, musiqisi isə Su Zhiyuan və Zhao Yinhuya məxsusdur.

Huiju Teatrı geniş və dərin Hui mədəniyyətindən əsasını götürmüş Çinin ən qədim teatr formalarından biridir. Huiju operası 400 illik tarixə malikdir. Bu teatr keçmiş ənənələri davam etdirən və gələcək üçün yeni yol açan Çin operalarının inkişafında əhəmiyyətli rol oynayıb. 1970-ci ildə yerli məşhur aktyor Gao Langting imperator Qianlonqun 80 illik yubileyini qeyd etmək üçün özünün Sanqinq Huiju opera truppasının Qinq sülaləsinin paytaxtı olan Pekinə aparıb.

Huiju operasının səhnəsi zəngin və müxtəlifdir. Kostyumlar sadə və zövqlüdür. Teatr öz tarixi boyunca yüksəlişlər və enişlər yaşayıb. Amma onun zəngin irsinin milli xüsusiyyətlər bədii canlılığının davamlı olmasına imkan verir.

Qərb pyeslərinin adaptasiyası ənənəvi operaları yeni formada canlandırılıb. Huiju operasının yaşamasına təminat vermək üçün daha geniş spektrdə tədbirlər görülməsinə çağırır. Bu, Çin operasının yenidən canlandırılması və daha geniş auditoriyaya tanıdılmasının təsirli üsuludur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video