Alternative content

04:59 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-Fransa münasibətlərinin inkişafında parlamentlərarası əlaqələr mühüm rol oynayır
Azərbaycan-Fransa münasibətlərinin inkişafında parlamentlərarası əlaqələr mühüm rol oynayır
ANA SƏHİFƏ / PARLAMENT
18:50 30.09.2019

Sentyabrın 30-da Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov Fransa Respublikası Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri və Azərbaycan üzrə sədr müavini Alen Uperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Sədr parlamentlərimizdəki dostluq qruplarının qarşılıqlı səfərlərinin münasibətlərimizin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını bildirib. İkitərəfli əlaqələrimizin bugünkü səviyyəyə çatmasında yüksəksəviyyəli görüşlər mühüm rol oynayır. Dövlət başçılarımızın qarşılıqlı səfərləri zamanı aparılan danışıqların iki ölkə arasında əlaqələrin inkişafına böyük töhfələr verdiyini deyən Milli Məclisin Sədri bu günədək Azərbaycan ilə Fransa arasında 50-dən çox hüquqi sənədin imzalandığını qeyd edib.

Fransa Azərbaycanın ən qabaqcıl ticarət tərəfdaşlarından biridir. Cari ilin ilk 8 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 630 milyon ABŞ dolları həcmində olub. Bütövlükdə ötən il bu göstərici 624 milyon təşkil edib. Bu gün ölkəmizdə 50-dən çox fransız şirkəti, o cümlədən "Total” və "Gaz de France” kimi tanınmış şirkətlər uğurla fəaliyyət göstərirlər.

Sədr siyasi, iqtisadi sahələrdəki uğurlarımızın mədəni-humanitar əlaqələrimizə də müsbət təsir etdiyini söyləyib. Bildirilib ki, 2012-ci ildən Parisdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə açılmış Azərbaycan Mədəniyyət Mərkəzi uğurla fəaliyyət göstərir. Biz tez-tez bu ölkədə Azərbaycan mədəniyyət günlərinin keçirilməsinin şahidi oluruq. Heç də təsadüfi deyil ki, Azərbaycan ilə Fransanın 14 şəhər və 1 vilayəti arasında əməkdaşlıq və dostluq sazişi imzalanıb. Azərbaycan Fransa ilə həyatın ən müxtəlif sahələrində əlaqələri genişləndirmək niyyətindədir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Fransa-Qafqaz dostluq qrupunun rəhbəri Alen Uper ölkəmizə səfərindən və səfər çərçivəsində keçirilən görüşlərdən məmnunluğunu ifadə edib. Qeyd edilib ki, Fransa Qafqazın bu bölgəsi ilə siyasi, iqtisadi və mədəni əlaqələri dərinləşdirmək niyyətindədir. Münasibətlərimizin daha da inkişaf etdirilməsində parlamentlərarası əlaqələr mühüm rol oynayır. Deputatlarımızın qarşılıqlı səfərləri, mütəmadi görüşləri ümumi məqsədlərə xidmət edir.

Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüş Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Cavanşir Feyziyev, Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros və digər rəsmi şəxslər iştirak ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM