30 Sentyabr 2019 14:55
1238
Təhsil
A- A+

Azərbaycan təhsilində STEM yanaşması


I Beynəlxalq "Hədəfdə STEM” konfransı keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, Hədəf liseyinin təşkilatçılığı və BP Azərbaycanın dəstəyi ilə I Beynəlxalq "Hədəfdə STEM” konfransı keçirilib.
Müasir dövrdə təhsil sahəsində ən çox tətbiq edilən yanaşmalardan biri olan STEM (Science, Technology, Engineering, Math) elm və texnologiya, mühəndislik və riyazi biliklər sahəsində mütəxəssislər yetişdirmək üçün fənlərin inteqrasiyası və konstruktiv təhsil nəzəriyyəsinə əsaslanaraq, şagirdlərin bu sahələrə marağını artırmaq, onları gələcəyin ən vacib ixtisasları olan sahələrə həvəsləndirməkdir. Konfransın keçirilməsində məqsəd Azərbaycanın təhsil müəssisələrində STEM yanaşmasını yaymaq səylərinə dəstək vermək idi.
Konfransı giriş nitqi ilə açan Hədəf liseyinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq qeyd edib ki, 2017-ci ildən fəaliyyətə başlayan lisey Azərbaycanda STEM yanaşması ilə təhsil verən ilk ümumtəhsil müəssisəsidir: "Biz beynəlxalq əməkdaşlığa, bilgi və təcrübənin qlobal miqyasda bölüşməsinə xüsusi əhəmiyyət verir və bir neçə beynəlxalq qurumla əməkdaşlıq edirik. Artıq 3 ildir ki, liseyimiz Azərbaycan təhsilində STEM anlayışının tanıdılması və həyata keçirilməsi ilə bağlı müxtəlif formatda konfrans və seminarlar keçirir. Son iki ildə 300 müəllimi əhatə edən "Hədəfdə STEM” adlı təlim-treyninqləri liseyimizin və xarici təşkilatların pedaqoqları, təlimçiləri ilə həyata keçirmiş, çağdaş təhsilin yeniliklərini əyani şəkildə müəllimlərə çatdırmışıq”.
Ş.Sadiq Prezident İlham Əliyevin 19 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nı yüksək qiymətləndirərək bildirib ki, bu sənəd ölkəmizin təhsil sisteminin başlıca vəzifəsi olaraq insan kapitalının inkişafı, qlobal iqtisadiyyata uğurlu inteqrasiyası və beynəlxalq rəqabətdən daha effektli faydalanması üçün şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin daima təkmilləşdirilməsini nəzərdə tutur. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq, ömür boyu təhsil sisteminə qoşulmaq və ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev çıxışında deyib ki, STEM, yaxud təhsildə innovasiyalar haqqında danışmaq asan, onu tətbiq etmək isə kifayət qədər çətindir: "”Sürətli dəyişikliklər təhsili idarə edən orqanlar üçün də müəyyən çağırışlar yaradır. Bu mənada ki, dərslikləri beş ildən bir çap edirdiksə, hazırda sürət artdıqca hər şey iki-üç ildən bir dəyişir, köhnəlir. Belə bir fikir səslənir - əvvəllər məktəbə daha çox maraq var idi, indi bu maraq getdikcə azalır. Burada müəyyən mənada həqiqət var”.
BP-nin Əlaqələr, Xarici İşlər və Regional Strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin sözlərinə görə, təmsil etdiyi şirkət Azərbaycanda təhsilin inkişafına dəstəyi öz sosial layihələrinin ən vacib istiqaməti kimi seçib. Çünki sürətlə dəyişən dünyamızda tədris və təhsilin əsasını, heç şübhəsiz, texnologiya, modernləşmə, elmi yenilik, çevik mühəndislik ideyaları təlqin edən yanaşmalar təşkil edir. Bu, bütün dünyanın, o cümlədən də Azərbaycanın təhsil məqsədlərindən biridir, çünki yalnız bu yanaşmalarla insanların həyatında müsbət dəyişiklik edəcək innovativ düşüncəyə sahib mütəxəssislər yetişdirmək olar.
Rəsmi açılışdan sonra qonaqlar və konfrans iştirakçıları ilk STEM liseyi ilə tanış olub, liseyin interaktiv elm muzeyində Elçin Abbasovun təqdimatını dinləyiblər.
Onu da qeyd edək ki, konfransda 80 müəllim iştirak edib. Onlar Təhsil Nazirliyinin təqdimatı ilə gələn müəllimlər, BDU-nun, APU-nun magistr və tələbələri, Hədəf liseyinin və ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələri olub.
Konfransda həmçinin Böyük Britaniyanın UKSTEM təlim mərkəzinin direktoru Mayk Kargill, təlimçi Riçard Mellor, Türkiyənin TEKNOKENT texnologiya mərkəzinin direktor müavini Ahmet Özaslan, təlimçi Meriç Umut, Almaniyanın Fischertechnik şirkətinin beynəlxalq satış üzrə meneceri Qriqori Zaytsev, Hədəf STEM Mərkəzinin müdiri Eşqin Quluzadə, Olimpiadalar üzrə koordinator Məmməd Kərimli məruzəçi-treyner olaraq çıxış ediblər.
Tədbirin ikinci günü 4 qrupdan ibarət olan müəllim heyəti 4 STEM əsaslı praktik dərsin iştirakçısı olub, müzakirələr aparıb, layihələr işləyiblər. Konfrans-treninq sertifikatların təqdimatı ilə yekunlaşıb.

Xəyalə MURADLI,
"Azərbaycan”






Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video