30 Sentyabr 2019 14:45
814
Elm və texnika
A- A+

Azərbaycan nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv dövlətlərin assambleyasının 59-cu sessiyasında iştirak edir


Sentyabrın 30-da Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərin assambleyasının 59-cu sessiyası başlayıb.

AZƏRTAC xəbər verir ki, beynəlxalq təşkilata üzv olan 192 dövlətdən mindən çox təmsilçinin qatıldığı sessiyanın gündəliyində bir sıra beynəlxalq əhəmiyyətli məsələlər, ÜƏMT komitələrinin, o cümlədən ÜƏMT-nin rəhbər orqanları olan Əlaqələndirmə Komitəsinin, Proqram və Büdcə Komitəsinin hesabatları, həmçinin həmin komitələrin növbəti iki il müddətinə (oktyabr 2019 - oktyabr 2021) yeni üzvlərinin təsdiq edilməsi və digər məsələlər dayanır.

Beynəlxalq tədbirdə Azərbaycanı Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Sessiyanın açılışında ÜƏMT-nin Baş direktoru Frensis Qarri hesabatla çıxış edib. O, ötən sessiyadan keçən dövr ərzində təşkilatın fəaliyyətinə nəzər salıb, beynəlxalq əməkdaşlıq, ÜƏMT və üzv ölkələr arasında əməkdaşlıq, müasir texnologiyaların inkişafı fonunda əqli mülkiyyət hüquqlarının qorunması məsələləri, beynəlxalq patentlər, müəllif hüquqları ilə bağlı arbitraj fəaliyyətinin təşkili və digər məsələlər ətrafında çıxış edib. Sonra təşkilata üzv ölkələrin nümayəndələri çıxışlara başlayıblar.

Qeyd edək ki, səfər çərçivəsində ölkəmizin nümayəndə heyətinin ÜƏMT-nin Baş direktoru Frensis Qarri ilə görüşü, eləcə də Azərbaycan nümayəndəsinin Baş Assambleyanın sessiyasında çıxışı nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video