Alternative content

14:42 19 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:14 19.10.2019 İşıqlı ölkə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV TÜRKSOY-un bu ilki son tədbiri Başqırdıstanın Xalq şairi Mustay Kərimin anadan olmasının 100 illiyinə həsr olunub
TÜRKSOY-un bu ilki son tədbiri Başqırdıstanın Xalq şairi Mustay Kərimin anadan olmasının 100 illiyinə həsr olunub
ANA SƏHİFƏ / Elm və texnika
16:47 29.09.2019

Sentyabrın 28-də M.F.Axundzadə adına Milli Kitabxanada VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Başqırdıstanın Xalq şairi Mustay Kərimin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans və "Mustay Kərimin əsərləri türk dillərində” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans Mustay Kərim haqqında videoçarxın nümayişi ilə başlanılıb.

Konfransı giriş sözü ilə Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq TÜRKSOY-la əməkdaşlıq çərçivəsində kitabxanada türk dünyasının tanınmış şəxsiyyətlərinin yubileyləri ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini bildirib. O, həmin silsilədən son tədbiri başqırd şairi Mustay Kərimə həsr olunduğunu və tədbirdə 14 ölkədən gələn nümayəndənin iştirak etdiyini qeyd edib. Kərim Tahirov məşhur başqırd şairinin yubileyinə həsr olunan tədbiri poeziya bayramı adlandırıb.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov başqırd türklərinin ən böyük şairi olan Mustay Kərimin həyat və yaradıcılıq yolu və yubiley ərəfəsində 13 türk xalqının dilində buraxılan kitab haqqında məlumat verib: "Türkdilli xalqlar arasında əlaqələri genişləndirmək, türk mədəniyyəti və ədəbiyyatını dünyaya tanıtmaq yolunda bir sıra tədbirlər həyata keçirilib. Görkəmli başqırd şairinin poeziya nümunələrinin türk dillərinə tərcümə olunmuş kitab da bu sahədə böyük söz xırıdarının yaradıcılığına olan hörmət və ehtiramın ifadəsidir”.

Başqırdıstan Yazıçılar Birliyinin sədri Zəki Əlibəyov ölkəmizdə şairin yaradıcılığına göstərilən diqqətdən məmnun olduğunu bildirib.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxışında qeyd edib ki, Mustay Kərim o yazıçılar nəslinin nümayəndələrindəndir ki, mənsub olduğu xalqın təkcə ədəbiyyatını deyil, həm də mənəviyyatını yaradıb. O, "bir ürəkdə minlərlə hissiyyat daşıyan” şairin mənəviyyatın formalaşmasında mühüm rol oynayan fundamental şəxsiyyət kimi xarakterizə edib.

Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Elçin Hüseynbəyli deyib: "Rəsul Həmzətov Dağıstanda, Musa Cəlil Tatarıstanda, Səməd Vurğun Azərbaycanda necə məşhurdursa və necə sevilirsə, Mustay Kərim də Başqırdıstanda o dərəcədə sevilir. Xüsusilə, başqırd türkcəsinin yaşamasında onun böyük əməyi olub”.

Professor Qəzənfər Paşayev Azərbaycanla Başqırdıstan arasında olan elmi, ədəbi əlaqələr və həmin əlaqələrin genişlənməsi barədə danışıb. O, qardaş xalqın iki böyük nümayəndəsi Qaysın Quliyev və Mustay Kərimin poeziyasına olan sevgisindən bəhs edib.

Başqırdıstan Milli Kitabxanasının direktor müavini Lutsia İliasova şairin ədəbiyyata gəlişi, çap olunan ilk şeirləri və kitabları, zəngin poeziyası haqqında məlumat verib.

Konfransda çıxış edən professorlar Nizami Tağısoy, Məmməd Əliyev, filologiya elmlər doktoru Ramiz Əsgər və başqaları çıxışlarında böyük başqırd şairin zəngin yaradıcılığından, türkdilli xalqlar arasında əlaqələrin güclənməsində oynadığı roldan və poetik istedadından danışıblar.

Tədbir çərçivəsində, həmçinin Milli Kitabxananın direktoru Kərim Tahirov və Qazaxıstan Milli Kitabxanasının direktoru Alya Kaznabekova əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM