Alternative content

06:15 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:45 14.11.2019 Xalqa xidmət missiyası
17:48 13.11.2019 İndoneziyada partlayış
17:48 13.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV VI Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində növbəti tədbir
VI Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində növbəti tədbir
ANA SƏHİFƏ / Mədəniyyət
23:34 29.09.2019

Türkiyəli yazıçının əsəri Bakıda təqdim olunub


VI Beynəlxalq Kitab Sərgi-Yarmarkasının maraqlı tədbirlərindən biri türkiyəli yazıçı Bəxtiyar Aslanın "Üç əqrəb zamanı” adlı hekayələr kitabının təqdimatına həsr olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə kitabdakı əsərləri dilimizə uyğunlaşdıran Eyvaz Zeynalov, Təranə Vahid, Aslan Quliyev, Narıngül Nadir və Cavid Qədir də iştirak ediblər.

Yazıçı Narıngül Nadir kitabda yer alan "Qar və düyün”, "Qüllə” və "Quyu” hekayələrini dilimizə çevirdiyini bildirib.

Yazıçı Cavid Qədir deyib ki, müxtəlif illərdə Bəxtiyar Aslanın hekayələri "525-ci qəzet”də dərc olunub: "Müəllif kiçik hadisələrdən böyük əsər yaratmağı bacaran yazıçıdır. Çox şadam ki, onun bəzi hekayələrini dilimizə çevirmək mənə qismət olub”.

Yazıçı, jurnalist, kitabın "Ön söz”ünün müəllifi Təranə Vahid nəşrdə 15 hekayənin yer aldığını bildirib, əsərlərin oxucular tərəfindən maraqla qarşılanacağını deyib.

Qeyd edək ki, Bəxtiyar Aslan 1971-ci ildə Türkiyənin Kahraman Maraş şəhərinin Əlbistan rayonunda anadan olub. 1994-cü ildə Fərat Universitetinin Ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı bölümünü bitirib. 2015-ci ildən "Türk ədəbiyyatı” jurnalının baş redaktoru, eyni zamanda, Türk Ədəbiyyatı Vəqfi İdarə heyətinin üzvüdür. O, həmçinin Türkiyə Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. Şeirləri, hekayə və esseləri, araşdırma yazıları müxtəlif dərgilərdə işıq üzü görüb. Yazıçı "Şəhərin xəbəri yox”, "Cənnətin son saatları”, "Qar və düyün”, "Yazının kölgəsi” və s. kitabların müəllifidir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM