29 Sentyabr 2019 15:57
566
Mədəniyyət
A- A+

Bəşşar Nəsimi: Nəsimi nəslinin nümayəndəsi kimi çox şadam ki, Azərbaycanda belə bir festival keçirilir



Nəsimi poeziyasına həsr olunmuş bu festival çox gözəl bir ənənədir. Ötən il də Azərbaycana gəlmişdim. Nəsimi nəslinin nümayəndəsi kimi çox şadam ki, Azərbaycan hökuməti Nəsiminin poeziyasına, həyatına diqqət yetirir və ona həsr olunmuş belə mötəbər bir festival keçirir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Nəsimi nəslinin nümayəndəsi Bəşşar Nəsimi söyləyib.

O, ölkə Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya belə möhtəşəm tədbirin təşkilinə görə təşəkkürünü bildirib.

"Nəsimi böyük bir filosof, İslam şairi olub. İslam poeziyası üçün böyük işlər görüb və İslam alimi, mövliyası kimi Hələbdə dəfn olunub. Nəsiminin əsərlərində ifadə olunan ideyalar ətrafında keçmişi və müasir dövrü bir araya gətirən, dünyadakı müxtəlifliklərə baxmayaraq bütün həyatın birliyini və İlahi mənbəyə çatmaq üçün əsas insan potensialının əhəmiyyətini önə çəkən festival böyük əhəmiyyət kəsb edir. Həmçinin, insanları gələcəyə aparan yola işıq saçır”, deyə Bəşşar Nəsimi vurğulayıb.

O həmçinin bildirib ki, təhsilini Bakıda tibb üzrə alıb. Hazırda həkim kimi çalışmaqla yanaşı, şairin Hələbdəki məzarına nəzarət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video