Alternative content

12:52 17 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nəsimi festivalı çərçivəsində “Arqonavtlar” beynəlxalq inklüziv tamaşası təqdim olunub
Nəsimi festivalı çərçivəsində “Arqonavtlar” beynəlxalq inklüziv tamaşası təqdim olunub
ANA SƏHİFƏ / Mədəniyyət
00:55 29.09.2019


Sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Candoco” və "Lost dog” qruplarının birgə hazırladığı "Arqonavtlar” beynəlxalq inklüziv tamaşası və "Candoco” rəqs qrupunun ifasında "Üz-üzə” və "İkimiz də bilirik” tamaşaları təqdim olunub. AZƏRTAC xəbər verir ki, tamaşaların təqdimatında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Tamaşalar II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində "British Council Azerbaijan”ın təşkilatçılığı, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təqdim edilib. Əvvəlcə Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp çıxış edərək səhnə əsərləri haqqında məlumat verib. Bildirib ki, tamaşalar inklüzivlik mövzusuna həsr olunub. Diplomat tamaşaların hər kəsdə xoş ovqat yaradacağını söyləyib.

"British Council Azerbaijan”ın direktoru Samr Şah deyib ki, bu, dörd il ərzində Azərbaycan, Böyük Britaniya, Ukrayna və Gürcüstandan əlilliyi olan həvəskar və peşəkar aktyorların ərsəyə gətirdikləri tamaşadır. Biz Birləşmiş Krallığın mədəniyyət resurslarından istifadə edərək incəsənət sahəsində inklüzivliyi təşviq etmiş, Azərbaycanın aparıcı incəsənət və mədəniyyət obyektlərinin əlillər üçün daha əlçatan olması məqsədilə onlarla əməkdaşlıq etmiş və ictimaiyyətin əlillik haqqında düşüncəsini dəyişməyə və daha inklüziv cəmiyyət yaratmağa öz töhfəmizi vermişik.

"Arqonavtlar” tamaşası müxtəlif ölkələrdən olan on nəfər peşəkar və həvəskar, əlilliyi olan və olmayan ifaçının bir araya gələrək necə vahid orqanizm kimi çıxış etməsini nümayiş etdirir. Bu peşəkar ifa 2019-cu ilin iyun ayından sentyabrınadək sənətkarların Kiyevdə olduqları müddətdə hazırlanıb.

Sonra səhnə əsərləri nümayiş etdirilib.

Yasmeen Godderin "Üz-üzə” performansı tamaşaçılarda gözqamaşdırıcı obrazlar, cəsur və azad rəqslə ifadəsini tapmış, yaxınlıq və dərin xülyalara həsr edilmiş ehtiraslı və həyəcanverici bir nəğmə təəssüratı yaradıb. Əsərdə urban-hindi musiqisindən geniş şəkildə istifadə olunub.

Xoreoqraf Arlene Fillipsin əsəri olan "İkimiz də bilirik” qısa zaman kəsimlərindən ibarət seriya formasında nəql edilən romantik duetdir. Pop musiqisinin sədaları altında ehtiras və hissiyyatla ifa edilən bu güclü və nəfəskəsici rəqs tamaşaçılara çox vaxt eyni adama necə təkrar-təkrar aşiq olmağı və sevgimizin necə bitməsini göstərir.

İştirakçıların məharət dolu çıxışları tamaşaxslar tərəfindən böyük maraqla qarşılanıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM