29 Sentyabr 2019 00:46
890
Elm və texnika
A- A+

Cəmi 17 faiz insanın düzgün cavabını tapdığı 3 sual


Cəmi üç sualdan ibarət olan IQ-test Massaçusets Texnologiya İnstitutunun professoru Şeyn Frederik tərəfindən 2005-ci ildə tərtib edilsə də, yalnız son günlərdə populyarlıq qazanıb. İnsanın intellektual bacarıqlarının səviyyəsini müəyyən edən testə aşağıdakı suallar daxildir:

- Tennis raketkası ilə tennis topunun qiyməti cəmi 1,10 dollardır. Raketka topdan 1 dollar bahadır. Topun qiyməti nə qədərdi?

- Tekstil fabrikinin beş maşını beş geyimi beş dəqiqəyə istehsal edir. 100 maşın 100 geyimi neçə dəqiqəyə istehsal edər?

- Göldə suzanbağıları bitir. Hər gün onların sayı iki dəfə artır. Məlumdur ki, suzanbağıları bütün gölün üstünü 48 günə örtəcək. Gölün yarısını örtmək üçün suzanbağılarına neçə gün lazımdır?

Professorun sözlərinə görə, respondentlər testə daha çox 10 sent, 100 dəqiqə və 24 gün cavabları verir. Sualların düzgün cavabı isə belədir: 5 sent, 5 dəqiqə və 47 gün.

Ş.Frederik bildirib ki, testi həll edən 3 min nəfərdən yalnız 17 %-i ona düzgün cavab verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video