Alternative content

10:43 17 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
02:24 17.10.2019 Proqnozlar üstələnir
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qarğalar həqiqətənmi 300 il yaşayır?
Qarğalar həqiqətənmi 300 il yaşayır?
ANA SƏHİFƏ / Elm və texnika
00:45 29.09.2019


Qara rəngi və səsi ilə bəzi ölkələrdə uğursuz hesab edilən qarğalar sərçəkimilər fəsiləsindən və Corvus cinsindəndir. Bədəninin uzunluğu 22-23 sm, kütləsi 150-200 qramdır. Tükü yumşaqdır. Rəngi metal parıltılı qara, döşü bozumtul-qara, ağ və ya qara olur. Boynunda yarımhəlqəvi ağ zolaq var.

Qarğaların bir-birinə yaxın iki növü var: adi dolaşa və dauriya dolaşası. Adi dolaşa Avropa, Asiya və Şimal-Qərbi Afrikada yaşayır. Azərbaycanda dolaşalar düzənliklərdə yayılmışdır.

Köçəri quşlardır. Koğuşlarda, evlərin damında koloniyalarla yaşayırlar. İldə 1 dəfə - aprel-may aylarında 3-6 yumurta qoyurlar. 16 gün kürt yatırlar. Bitki və cücülərlə qidalanırlar.

Qarğaların 150-300 il yaşadıqları deyilsə də, əslində, bu, doğru deyil. Bir neçə yüz il yaşaya bilən tək bir qarğa növü belə yoxdur. Qarğaların çoxu insan ömrünün yarısı qədər də yaşamır. Təbiətdə qarğaların ömrü 15-20 il arasıdır. Bəzilərində isə daha az, 4-8 ildir. Ancaq çox xüsusi baxım altında 30 ilə qədər yaşayanlar var. Qeydə alınan və bilinən ən uzun qarğa ömrü isə 40 ildir.

Bir neçə il öncə dünyanın məşhur elmi-kütləvi nəşrlərindən olan "Popular Science”da qarğalar haqqında yazılan faktlar isə çoxlarını heyrətləndirib. Orada qeyd olunan maraqlı faktlardan biri bir qarğa öldükdən sonra digərlərinin verdiyi reaksiyadır. Belə ki, "ala qarğa” adlı qarğa öz növündən olan başqa quşun ölüsünü gördükdə yemək axtarmağı dayandırır və həyəcan siqnalları verərək digərlərini səsləyir. Beləliklə, başqa qarğalar ölü qarğanın ətrafında toplaşırlar. Araşdırmada qarğaların bəzən ölmüş həmcinslərinin cəsədinin üstünü budaqlayıb, yarpaqlarla örtməyə çalışdıqları da göstərilir. Qarğalar bundan sonra susub, səssizcə ölü quşa yas tuturmuş kimi tamaşa edirlər.

Qarğalar, həmçinin ən böyük düşmənini, bayquşları görəndə digərlərini xəbərdar edirlər. Çağırışı eşidən digər qarğalar toplanıb düşmən üzərinə birgə yürüş edirlər.

O da qeyd olunur ki, qarğalar olduqca ağıllı heyvanlardır. Belə ki, 40-dan çox növü olan qarğaların beyni digər quşların beynindən fərqlənir. Qarğa beyni insan beyninə bənzədiyi üçün ağıllı hərəkətlər edir.

Oksford Universitetinin apardığı araşdırmalarda qarğaların ağıllı heyvan olduğu sübut edilib. Nazik, uzun bir borunun içinə qida, borunun yanına da uzun tel qoyulub. Qarğa teli alıb, ucunu çəngəl şəklinə gətirib, daha sonra onu borunun içinə daxil edərək qidanı asan şəkildə oradan çıxarıb. Daha öncə başqa heyvanlar üzərində tədbiq edilən bu təcrübə yalnız qarğalar üzərində uğurlu alınıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM