Alternative content

04:57 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xəzanla sovrulan ruhumuz
Xəzanla sovrulan ruhumuz
ANA SƏHİFƏ / Səhiyyə
00:44 29.09.2019


Payız rəngarəngdir, yaşıldır, sarıdır, qızılıdır... Çox kövrəkdir, bəzən buluda çevrilib yağış səpələyir, küləyin ağacların saçını yolub xəzana çevirməsinə, quşların qatarlaşıb üfüqdə gözdən itməsinə üzülür.

Payız romantiklərin fəslidir, şairlərin sözü, rəssamların fırçasının rəngidir...

Son bahar da deyirlər adına, təbiətin "ölməzdən” əvvəl son cəhd kimi işartısına, parlaqlığına görə...

Payızın bu cür dəyişkən olması təbiətin bir parçası olan insan duyğularına da birmənalı təsir etmir. Gah körpə uşaq kimi qayğısız, şən, gah da ömrümüzün qürub çağındakı kimi qüssəli görünürük, yox yerdən hər şeyə kədərlənirik, üzülürük, narahat oluruq...

Mütəxəssislər isə insanlarda müşahidə olunan bu əhvalı payız depressiyası adlandırırlar.

Bildirirlər ki, Günəşin daha az görünməsi ilə orqanizmdə melotonin hormonu artır, "xoşbəxtlik hormonu” sayılan serotonin isə azalır. Melotonin hormonu yalnız qaranlıqda ifraz olunur, işıqda isə azalır. Yayda gecələr qısa olduğu üçün melotonin ifrazı azaldığı halda, uzun payız və qış gecələrində daha çox artır.

Depressiyaya tez-tez düşən insanlar payız depressiyasına da asanlıqla yaxalanırlar. Qadınlar depressiyaya meyilli olduqlarından payız depressiyasına ən çox onlar düşür. Məlumatlara əsasən, dünyada hər beş nəfərdən biri bu depressiya növündən əziyyət çəkir.

Əlamətləri isə aşağıdakılardır:

səhər yuxudan oyanmaqda çətinlik çəkmə;

daha çox yatma istəyi;

ümumi yorğunluq;

iştahsızlıq;

hər şeyə marağın itməsi.

Psixologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Mehmanqızı payız depressiyası haqda deyir ki, orqanizmdə vitamin çatışmazlığı və az hərəkətli həyat tərzi bu psixoloji vəziyyəti yaradır. Depressiya insan psixikasını pozan çox ciddi xəstəlikdir. Hər şeydən əvvəl emosional vəziyyətin ağırlıq dərəcəsi qiymətləndirilməlidir. Depressiya vəziyyətində olan insanın bütün maraqları itir, öz həyat tərzindən, yaxud işindən zövq almır. Özünüqiymətləndirməsi aşağı olduğundan özünü günahkar və köməksiz hiss edir. "Mən heç nəyə qadir deyiləm” kimi inamsız fikirləri qərar qəbul etməkdə ona mane olur. Depressiya vəziyyətində insan ətraf aləmə və əhatəsində olan insanlara heç bir əhəmiyyət vermir, psixi və fiziki aktivlik zəifləyir. Bu zaman kövrəklik, dalğınlıq, əhvali-ruhiyyənin tez-tez dəyişməsi təzahür olunur. Güclü depressiya vəziyyətində insan səbəbsiz yorğunluq halında saatlarla bir yerdə otura bilər.


Depressiyadan xilas mümkündür?


Psixoloq məsləhət görür ki, bütün gücünüzlə günəşin azlığını kompensasiya edin. Vaxtınızın çoxunu işıqlı məkanda keçirin. Axşamlar zamanınızı televiziya qarşısında keçirməyin, gəzməyə çıxın, hava alın. Yaxud 10 dəqiqəlik küçəyə çıxıb sadəcə səmaya baxın. Evdə, xüsusilə iş yerinizdə əhvali-ruhiyyəni qaldırmaq üçün mavi, çəhrayı rənglərdən müxtəlif fon yarada bilərsiniz, bu rənglərə baxmaq əhvala müsbət təsir edir.

Depressiyaya düşməməyin ən yaxşı yolu daim işlə məşğul olmaqdır. Deyl Kornegidən "nə vaxtsa depressiyadan əziyyət çəkmisinizmi” soruşduqda belə təmtərağa vaxtı olmadığını deyib. Deməli, boş vaxt keçirməmək, gün rejimini düzgün bölmək lazımdır. Hər gün eyni vaxtda yatıb, eyni vaxtda qalxmaq, ən əsası öz bioloji saatınızı dəyişməmək məsləhətdir: "Depressiyanın ilk əlamətlərini özünüzdə müşahidə etdikdə banan, pendir, şokolad yemək, çaxır içmək lazımdır. Əgər heç nə sizə kömək etmirsə və depressiya halının gündən-günə artdığını müşahidə edirsinizsə, onda psixoloqa, yaxud psixoterapevtə müraciət edin. Bütün bunlara baxmayaraq özünüzü inandırın ki, payız ilin gözəl fəsillərindən biridir. Çalışın ki, ətrafınıza pozitiv nəzərlərlə baxasınız. Belə olduqda nə payız, nə də qış depressiyası sizə qalib gələ bilməz”.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM