29 Sentyabr 2019 00:31
812
Səhiyyə
A- A+

Piylənmədən əziyyət çəkənlər oxusun


Hər pəhriz arıqlamağı vəd etsə də, çox vaxt sadəcə bədəndəki artıq sudan və şişkinlikdən azad ola bilirsiniz. Bel və qarın bölgəsindəki yağlar isə yığılıb qalır.

Aparılan son araşdırmalar göstərib ki, bel ətrafındakı piylərin ən böyük düşməni kalsiumdur. Kalsium həm arıqlamağa, həm də daha incə və zərif bədən quruluşuna qovuşmağa kömək edir. Kalsium sümük və diş sağlamlığı üçün önəmli olduğu qədər mineral əzələlərin sıxlaşması, möhkəmlənməsi üçün də eyni dərəcədə əhəmiyyətlidir. Çünki bədəndəki yağları parçalayır.

Danimarkada 7569 nəfərin iştirak etdiyi araşdırmanın nəticələri göstərib ki, gündə 600 milliqramdan az kalsium qəbul edən insanlar daha kök olur, arıqlamaqda çətinlik çəkirlər. Başqa bir araşdırma zamanı isə bir il ərzində hər gün 1000 milliqram kalsium qəbul edənlərin bədənlərindəki yağ miqdarının 4.9 kiloqram azaldığı müşahidə edilib. Bu da onu göstərir ki, kalsium yağların bədəndə yığılmasının qarşısını alır. Üstəlik, toplanıb qalmış artıq yağları da parçalayır və bağırsaqlardan atılmasını təmin edir.

Kalsiumla zəngin qidalar insanı tox saxlayır. Bu da daha az kalori almağınıza səbəb olur.

Mütəxəssislər bildirirlər ki, yaşdan və bir sıra başqa faktorlardan asılı olaraq insanların qəbul etməli olduqları gündəlik kalsium dozası dəyişir. 19-50 yaş arasındakı şəxslər gündə 1000 milliqram kalsium qəbul etsələr, kifayət edər. 50 yaşdan sonra bu miqdarı 1200 milliqrama çıxarmaq lazımdır.

Kalsium qaynaqları:

Süd və süd məhsulları ən yaxşı kalsium mənbəyi hesab edilir. Həmçinin doşab, küncüd, fındıq, fıstıq, bütün göyərtilər müəyyən qədər kalsium ehtiva edir.

Gün ərzində süd, qatıq, ayran, pendir, kefir kimi süd məhsullarından heç olmasa, birini mütləq için və ya yeyin. Az yağlı süd və süd məhsullarını seçin.

Bol-bol ispanaq yeyin. Cəfəri, nanə də kalsiumla zəngin göyərtilərdəndir.

Həftədə 2-3 dəfə quru paxla, noxud, mərci xörəyi yeyin.

Tərkibində kalsium olan meyvələrə üstünlük verin. Həmçinin qaysı, quru əncir kimi çərəzlər yeyə bilərsiniz. Ancaq çox şəkərli olduqları üçün gündə 5 ədəddən artıq tövsiyə edilmir. Badam da güclü kalsium qaynağıdır. Həm də insanı tez doyuzdurur. Qəlyanaltılarda 3-4 ədəd badam yeyə bilərsiniz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video