28 Sentyabr 2019 20:59
641
Mədəniyyət
A- A+

Gənc pianoçu Nərmin Nəcəfli: Parisdə tamaşaçıların ifamı bəyənmələri məni çox sevindirdi



Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində ilk solo konsert verməyimdən çox şadam. Bu, Fransada ilk konsertim deyil. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə UNESKO-nun mənzil-qərargahında təşkil olunmuş konsertdə də ifa etmişəm.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Fransadakı səfirliyimizin dəstəyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycanın Dostları Assosiasiyasının birgə təşkilatçılığı ilə Parisdə keçirilmiş konsertin iştirakçısı Nərmin Nəcəfli deyib.

Konsertin uğurlu keçdiyini qeyd edən Nərmin Nəcəfli bildirib: "Sevinirəm ki, ifa etdiyim musiqiləri azərbaycanlı musiqisevərlərlə bərabər fransızlar da çox bəyəndilər. Dinləyicilər konsertin sonunda əlavə musiqi ifa etməyimi istədilər. Ümid edirəm ki, belə konsertlər çox olacaq. Paris auditoriyasına bələdəm, ancaq yenə də həyəcanlı idim. Musiqi proqramını özüm tərtib etmişdim. Ona görə dinləyicilərin bu proqramı sevməsinə çox şad oldum”.



AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video