28 Sentyabr 2019 20:52
889
Elm və texnika
A- A+

Əlyazmalar İnstitutunda Ümummilli Liderə həsr olunmuş elmi-praktik konfrans keçirilib



Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin ölkədə hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə elmi-praktik konfrans keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə konfrans iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş "Heydər Əliyev - əbədiyyətə gedən yol” mövzusunda kitab sərgisi ilə tanış olublar.

Tədbirdə Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov ümummilli lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ilə ölkəmizin taleyində yeni mərhələnin başlandığını və inkişaf yoluna qədəm qoyduğunu söyləyiblər.

Konfransda Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyevanın "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadənin "Heydər Əliyev və Azərbaycan təhsili”, böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayevanın "Heydər Əliyev və Azərbaycan dili”, böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədovanın "Heydər Əliyevin gənc alimlərə qayğısı”, gənc mütəxəssis Hikmət Rzazadənin "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzularında məruzələri dinlənilib.

İnstitutun baş rəssamı, Əməkdar mədəniyyət işçisi Seyfəddin Məmmədvəliyev gənclərin Ulu Öndərin ruhuna və əməyinə verdiyi dəyəri yüksək qiymətləndirib, onlara bu yolda uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video