Alternative content

07:38 17 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nəsimi Festivalı Şirvanşahlar Sarayında “İrfani sirlər” adlı sərgi ilə öz işinə başlayıb
Nəsimi Festivalı Şirvanşahlar Sarayında “İrfani sirlər” adlı sərgi ilə öz işinə başlayıb
ANA SƏHİFƏ / Mədəniyyət
20:27 28.09.2019

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən ikinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı sentyabrın 28-də Şirvanşahlar Sarayında "İrfani sirlər” adlı sərgi ilə öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, saray ərazisini əhatə edən ekspozisiyada mənəvi həyat və ruh təkamülünün sirlərinə həsr olunan videoart, qrafika nümunələri, instalyasiya və kinetik obyektlər təqdim edilir.

Şirvanşahlar Sarayına gələrkən bu əsrarəngiz məkanın hələ də açılmayan sirləri olduğunu kəşf etmək mümkündür. Geniş otaqlar, nəhəng sütunların arxasında gizlənən zirzəmiyə dar girişlər, sanki nağıllardakı nəhənglər üçün tikilən həddən ziyadə hündür pilləli və dar dəhlizlər insanda belə təəssürat yaradır.

Xəlvətiyyə təriqətinin əsas simalarından olan Seyid Yəhya Bakuvinin türbəsi bu sarayda yerləşir. Xəlvətiyyə dünyadan təcrid üsuludur ki, özünü tanıma və dərk etmək mərhələlərindən keçərək, ruhun bədənlə qovuşması üçün uzun müddət tərki-dünya olunur.

Sərgi iştirakçılarının əsərləri məhz bu şəkildə saray kompleksinin otaqları və dəhlizlərində yerləşdirilib və sanki izləyicini gizli mənəvi mesajı tapmağa dəvət edir. Bu mədəniyyət abidəsinin sərgi məkanı kimi seçilməsi təsadüfi deyil - əsərlər bu yerin hekayələrini izah edir, qədim daşlarda saxlanan xatirələrə bədii şəkildə şərh verir.

Bu sərgi "Reinkarnasiya” incəsənət layihəsinin ideyasından irəli gələrək yaradılıb. Layihə müasir incəsənət vasitəsilə Azərbaycanın mədəni irs abidələrini yenidən canlandırmaq məqsədi daşıyır.

Sərgidə ölkəmizdən Aydan Mirzəyeva, Aysel Əmirova, Eldar Babazadə, Elşən Qaraca, Elşən Sərxanoğlu, Samir Ramazanov, Tural Muxtarzadə, İrandan Habib Saher, Özbəkistandan Sayyora Muin, Türkiyədən Yesim Ağaoğlu əsərləri nümayiş olunub.

Sərgi çərçivəsində, həmçinin İçərişəhərin tarixi divarlarında İmadəddin Nəsiminin 50 beyti QR kod ilə öz əksini tapıb. Müəllifi azərbaycanlı vizual dizayner Timur Əmirxanovdur.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan festival dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının tədqiqi və təbliği, onun fikir və düşüncələrinin müasirlikdə əksini izləmək məqsədi daşıyır.

Oktyabrın 1-dək keçiriləcək tədbirlərdə Nəsimi poeziyası, böyük mütəfəkkirin fəlsəfi ideyaları müxtəlif incəsənət növləri və onların ahəngi vasitəsilə tərənnüm ediləcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM