28 Sentyabr 2019 20:20
804
Təhsil
A- A+

UNEC-də ABŞ və Avropanın aparıcı universitetləri ilə ikili diplom proqramları reallaşdırılır



Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov 2019/2020-ci tədris ilində universitetə qəbul olan Prezident təqaüdçüləri ilə görüşüb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, qəbul imtahanlarında yüksək nəticə göstərmələri münasibətilə tələbələri təbrik edən rektor onlara təhsillərində uğurlar arzulayıb.

Son 5 illə müqayisədə universitetə qəbul olan Prezident təqaüdçülərinin sayının 21 dəfə artdığını deyən Ədalət Muradov bu tədris ilində II ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülənlərin 87,5 faizinin məhz UNEC-i seçdiyini bildirib. O, Təhsil Nazirliyinin strukturuna daxil olan universitetlər arasında Prezident təqaüdçülərinin sayına görə UNEC-in ötən il olduğu kimi, bu il də birinci yerdə olmasından qürur duyduğunu ifadə edib.

Rektor "UNEC-100 İnkişaf Strategiyası”nın hədəflərindən də söz açıb: "UNEC-in 100 illik yubileyinə qədər universitetin orta keçid balını 500 bal etməyi hədəfləyirik. Hazırda bu göstərici 436 baldır. Sevindirici haldır ki, son illər yüksək bal toplayaraq UNEC-i seçən abituriyentlərin sayında ciddi artım müşahidə olunur. II ixtisas qrupu üzrə yüksək bal toplayanların qəbulunda UNEC liderliyini qoruyub saxlayır. Bu il II ixtisas qrupu üzrə 600 və daha yüksək bal toplayanların 77,4 faizi UNEC-in tələbəsi adını qazanıb”.

Ədalət Muradov tələbələrə imtahan sessiyası, onun təşkili və keçirilmə qaydaları barədə məlumat verib, UNEC-də Elektron Universitet modelinin tətbiq olunduğunu və tədrisin tamamilə elektronlaşdırıldığını deyib.

UNEC-in tələbə mərkəzli universitet olması istiqamətində tətbiq olunan yeniliklərdən söz açan rektor tələbələri təşəbbüskar olmağa çağırıb, tədrisin keyfiyyətinin artırılması ilə bağlı hər bir tələbənin təklif və təşəbbüsünü dinləməyə açıq olduğunu bildirib.

Görüşdə UNEC-in xüsusi və ikinci əlaçı təqaüdləri, dünyanın aparıcı universitetləri ilə mübadilə və ikili diplom proqramlarından da bəhs olunub. Bildirilib ki, UNEC-də ABŞ və Avropanın aparıcı universitetləri ilə 8 ikili diplom proqramı reallaşdırılır. Dördillik təhsil müddətində isə tələbələr UNEC-lə yanaşı, London Universiteti/London İqtisadiyyat Məktəbinin, Fransanın Montpelye Universitetinin, Fransanın ICD Beynəlxalq Biznes Məktəbinin və Moskva Dövlət Humanitar İqtisad Universitetindən birinin diplomunu əldə edə bilərlər.

Tələbələrə innovativ və operativ "Bir pəncərə” xidməti barədə də məlumat verilib. Xüsusi istedada malik olan tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün Radio UNEC, Yaradıcılıq Mərkəzi və İdman Klubunun imkanlarından istifadə etməsi və universitetin ictimai-sosial həyatında fəal olması tövsiyə olunub.

Sonda Prezident təqaüdçülərinə xatirə hədiyyələri təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video