Alternative content

14:43 19 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:14 19.10.2019 İşıqlı ölkə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çilidə dünyanın ən böyük optik teleskopu tikilir
Çilidə dünyanın ən böyük optik teleskopu tikilir
ANA SƏHİFƏ / Elm və texnika
18:33 28.09.2019


Çilidə 2800 tonluq E-ELT günbəz optik teleskopunun tikintisinə başlanılıb. Gələn onilliyin ortalarında istifadəyə veriləcəyi nəzərdə tutulan bu nəhəng obyekt dünyanın ən böyük optik teleskopu olacaq.

AZƏRTAC Avropa Cənub Rəsədxanasının (ESO) mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, E-ELT (Avropa Ekstremal Geniş Teleskopu) ən bahalı və iddialı yerüstü teleskop layihəsidir. Onun ümumi dəyəri 1 milyard avrodan çox olacaq. Həmin vəsaitin böyük hissəsi avadanlıq hazırlanması və rəsədxana binasının tikintisinə xərclənəcək. Teleskopun ən mürəkkəb və bahalı komponenti isə rekord böyük həcmdə - diametri 39 metr olacaq güzgüdür. O, 1,4 metrlik 798 altıbucaqlı seqmentdən ibarət olacaq.

Məlumatda qeyd olunur ki, bu nəhəng güzgünün ətrafındakı 4,2 və 3,75 metr diametrlik səthi əks etdirəcək iki köməkçi güzgü də E-ELT-yə Günəş sisteminin hüdudlarından kənarda yerləşən və digər qalaktikalarda olan planet və ulduzların fotoşəklini çəkməyə, həmçinin Yer kürəsinin əkizini tapmağa imkan yaradacaq. Eyni zamanda, alimlər bu rəsədxana vasitəsilə Süd Yolu qalaktikasının mərkəzində yerləşən nəhəng Sgr A* qara dəliyinin ətrafını da müşahidə etməyi planlaşdırırlar.

Rəsədxananın tikintisinə yeni başlansa da, mütəxəssislər artıq 3 ildir ki, onun əsas komponentlərini – güzgüləri, elmi alətləri və digər avadanlıqları hazırlamaqla məşğul olurlar. Buradakı ən nəhəng komponentin – 400 milyon avro dəyəri olan əsas güzgünün istehsalı üzrə kontrakt isə Almaniyanın SCHOTT və Fransanın Safran Reosc şirkətlərinə verilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM