28 Sentyabr 2019 12:56
445
DÜNYA
A- A+

Əfqanıstanda prezident seçkiləri keçirildi

Dünən Əfqanıstanda növbəti prezident seçkiləri keçirilmişdir. Yerli vaxtla səhər saat 07:00-da bütün məntəqələr açılmışdır. Təxminən bir saat sonra Qəndəhar şəhərində seçki məntəqəsinin yaxınlığında partlayış baş vermiş, nəticədə 15 nəfər yaralanmışdır. Bu barədə "Sky News” telekanalı xəbər verir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, seçkilərdə təhlükəsizliyin və asayişin təmin edilməsinə milli müdafiə və təhlükəsizlik qüvvələrinin 72 minədək əməkdaşı cəlb olunmuşdur. Səsvermə yerli vaxtda saat 15:00-da başa çatmışdır.

Xatırladaq ki, Əfqanıstan Prezidenti vəzifəsinə 18 nəfər, o cümlədən hazırkı dövlət başçısı Əşrəf Qani və Baş Nazir Abdulla Abdulla iddia edirlər. "ToloNews” agentliyinin xəbərinə görə, budəfəki seçkilərdə yalnız biometrik sistem vasitəsilə təsdiqlənmiş səslər nəzərə alınacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video