28 Sentyabr 2019 00:20
454
İQTİSADİYYAT
A- A+

Naftalanda sərgi-satış yarmarkası təşkil olunub


Naftalanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, mikro, kiçik və orta sahibkarların məhsul və xidmətlərinin təqdim edilməsi və satış imkanlarının genişləndirilməsi məqsədilə keçirilmiş sərgi-satış yarmarkasında əsasən qadın sahibkarların məhsulları və əl işləri nümayiş olunub. Ümumilikdə sərgi-satış yarmarkasında 30-dək KOB subyektinin 50-dən çox çeşiddə məhsulları sərgilənib.

Qeyd edək ki, sərgi-satış yarmarkası İqtisadiyyat Nazirliyi, Avropa İttifaqı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə həyata keçirdiyi "Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək” layihəsi çərçivəsində keçirilən "Azərbaycanda regional inkişaf” mövzusunda tədbir çərçivəsində təşkil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video