Alternative content

11:59 20 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.11.2019 Dünyanı uşaqlara verək
00:43 20.11.2019 İnsaf yoxsa, israf var
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan 100 mahnıda” kitabının təqdimatı olub
“Azərbaycan 100 mahnıda” kitabının təqdimatı olub
ANA SƏHİFƏ / Mədəniyyət
00:16 28.09.2019


Sentyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində "Azərbaycan 100 mahnıda” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan layihənin rəhbəri və ideya müəllifi, bəstəkar-musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Xalq artisti Aygün Səmədzadədir.

Mədəniyyət Nazirliyi və Nəfəs Sənət Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva "Azərbaycan 100 mahnıda” kitabını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə böyük töhfə kimi dəyərləndirib.

Aygün Səmədzadənin bənzərsiz yaradıcılığından söz açan Jalə Əliyeva deyib ki, o, əldə etdiyi bu sənət şöhrətini böyük zəhmət və əzmkarlıq bahasına qazanıb.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoyduğunu söyləyən Milli Məclisin deputatı qeyd edib ki, Ümummilli Liderin siyasi kursu bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bildirib ki, Azərbaycan mədəniyyətinin hamisi kimi tanınan Heydər Əliyev Fondu və fondun prezidenti Mehriban xanım Əliyeva bu gün mədəniyyətimizin dünyada tanınmasına böyük töhfələr verməkdədir.

"Ölkə başçısının müvafiq sərəncamları ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi və ötən ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi neçə-neçə belə layihələrin reallaşmasına təkan verib. Bu istiqamətdə görülən işlərin davamı olaraq məhz bu gün belə bir uğurlu layihənin təqdimatına toplaşmışıq”, - deyə Jalə Əliyeva vurğulayıb.

Kitabın çapını əlamətdar hadisə kimi dəyərləndirən Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Lalə Hüseynova deyib ki, Aygün Səmədzadə istedadlı bəstəkar olmaqla yanaşı, həm də gözəl musiqişünasdır. Məhz bu səbəbdən də kitaba Azərbaycan haqqında çox dəyərli əsərlər toplanıb. 35 bəstənin yer aldığı kitabda Aygün Səmədzadə əsl musiqişünas alim kimi peşəkarlarla yanaşı, gənc və həvəskar bəstəkarların da əsərlərinə yer ayırıb.

Tədbirdə AMEA-nın müxbir üzvi Rəna Məmmədova, Xalq artistləri Sərdar Fərəcov, Faiq Sücəddinov və Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxış edərək Aygün Səmədzadə yaradıcılığından və onun milli bəstəkarlıq məktəbimizin inkişafındakı rolundan söz açıblar.

Bildirilib ki, kitabda Azərbaycan bəstəkarlarının 100 il ərzində bəstələdiyi 100 mahnı toplanıb. Toplu dahi Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə Dövlət himni ilə açılır və 100 il ərzində yazılan, tanınan və sevilən mahnılardan bir çoxunu əhatə edir. Burada Qara Qarayev, Asəf Zeynallı, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Elza İbrahimova, Ramiz Mirişli, Ələkbər Tağıyev, Səid Rüstəmov, Süleyman Ələsgərov, Oqtay Rəcəbov, Müslüm Maqomayev, Aygün Səmədzadə, Cavanşir Quliyev kimi bəstəkarların mahnıları öz əksini tapır.

Qeyd edilib ki, bu kitab musiqi məktəblərinin şagirdləri və tələbələri üçün çox böyük əyani vəsait olacaq.

Natiqlər belə bir layihənin reallaşmasını Aygün Səmədzadənin Azərbaycana olan sevgisinin bariz nümunəsi kimi dəyərləndiriblər.

Bütün iştirakçılara minnətdarlığını bildirən layihənin rəhbəri Aygün Səmədzadə belə bir kitabın XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunmasından qürur duyduğunu bildirib. Kitabın ərsəyə gəlməsinə 3 ilə qədər bir vaxt sərf olunduğunu söyləyən müəllif bildirib ki, bu layihə davamlı olacaq. Layihənin reallaşmasında əməyi olanları xüsusilə qeyd edən A.Səmədzadə deyib ki, bu kitabı vərəqləyən hər bir kəs nə vaxtsa unutduğu mahnını burada görəcək, yaxud da hansısa mahnını görməyəndə təəssüflənəcək. Bu ilk nəşrdir və yaxın gələcəkdə daha təkmilləşmiş nəşrləri musiqisevərlərə təqdim edəcəyik. "Bu, bizim Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə bir töhfəmizdir. Başqa xalqlara nisbətdə bizim bəstəkarlarımız vətən mövzusuna daha çox müraciət ediblər. Bu da ölkəmizə, məmləkətimizə sonsuz sevgimizdən irəli gəlir. Düşünürəm ki, bu mövzuda yazılmış bütün əsərləri bir kitaba yerləşdirmək mümkünsüzdür. İstərdik ki, bu nəşr musiqi məktəblərində tədris vəsaiti kimi istifadə edilsin”.

Tədbir musiqili proqramla davam edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM