Alternative content

07:38 17 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Növbə
Növbə
ANA SƏHİFƏ / Mədəniyyət
00:14 28.09.2019


Aşıq gördüyünü çağırar. Növbə sözünü eşidəndə adamın yadına keçmiş sovet dönəmindəki növbələr düşür. O zaman hind, bəzən də nadir hallarda nümayiş etdirilən İran filmlərinə baxmaq üçün uzun növbələr olardı. Türk müğənnilərinin konsertlərinə bilet almaq üçünsə qırğın düşərdü.

Bir də meyvə-tərəvəz köşklərində bazardan bir neçə dəfə ucuz satılan mer-meyvəyə sicilləmə növbələr uzanardı. Bu növbələr də elə-belə, beş-on addım uzanan növbələrdən deyildi. Ucuz meyvə-tərəvəz almaq istəyənlər bu növbələrə durardılar, vaxtı öldürmək üçün danışardılar, qeybət qırardılar...

1970-ci illər idi, tələbə idik, yataqxanada bir otaqda 4 nəfər qalırdıq. Hər ay 30 manatdan atışıb, belə köşklərdən bazarlığımızı edər, güzəranımızı yola verərdik... Dolanardıq, bir sözlə. Amma yadda qalan bir növbəni də xatırlatmamaq olmur. O zaman Efiopiyadan bizə təcrübə mübadiləsinə tələbələr gəlmişdi. Çox fikirləşdik, götür-qoy etdik və qərar verdik ki, bunları ağlamalı bir təzə hind filminə dəvət edək. Dəstə ilə növbəyə durduq, bir neçə saat dayandıq. Kassaya yaxınlaşdıqca adam adamın belinə çıxırdı. Nə isə, axşam sevinə-sevinə efiopiyalıları kinoteatra apardıq. Elə bilirdik ki, sevinəcəklər, bizdən razı qalacaqlar. Amma beş-on dəqiqə keçməmiş gördük ki, efiopiyalı tələbələr qış yuxusuna gediblər. Necə yatdılarsa, yalnız filmin sonunda oyandılar.

Aradan 50 ilə yaxın vaxt keçəndən sonra təsadüf elə gətirdi ki, bir də növbənin tamını daddıq. Amma Bakıda yox, Moskvada, Puşkin muzeyində...

Dünyada muzeylər hamının böyük məhəbbətlə can atdığı elə məkandır ki, ora düşmək üçün bir çox ölkələrdə insanlar saatlarla növbəyə durmaqdan bezmirlər. Moskvadan başqa, Londonda, Parisdə, Drezdendə muzeylərə saatlarla növbələr olur. İnternet resurslarında bu növbələrdə az gözləməyin qaydalarından yazırlar. Lakin muzeyə növbəyə durmaqdan qürur hissi keçirənlər, öyünənlər də tapılır ki, axıra qədər duruş gətirə bilirlər, dözürlər. Moskvada Puşkin adına Təsviri İncəsənət Muzeyinə Şukinin impressionist rəssamların əsərlərindən ibarət kolleksiyasına növbəyə duranda biz də sevindik ki, bir saata içəri keçə biləcəyik. Amma sən saydığını say, gör fələk nə sayır. 200 metrlik növbədə 3 saat dayanmalı olduq. Moskvalılar növbəyə durmamaq üçün bir neçə gün əvvəl internetdən elektron bilet alırlar, bizim kimi uzaqdan gələnlər, muzeyi ziyarət etməyin incəliklərini bilməyənlər isə uzun növbənin "sevinc”ini yaşamağa məhkumdurlar. Bəlkə də növbənin tən ortasında yerə oturub, kitab oxumaqla vaxtını keçirən gənc qızı görməsəydik, bu mövzuya toxunmazdıq da. Ondan soruşduq ki, muzeyə girmək üçün bir belə gözləməyinizə dəyərmi? Gülümsədi və belə cavab verdi: "Bilirsinizmi, mən gözləmirəm ki, sadəcə 120 səhifə kitab oxuyacağam. Amma mən də, növbədə iki-üç saat vaxt itirənlər də içəridə gördüklərini ömrü boyu unutmayacaqlar. Ona görə növbəyə də durmağa dəyər, gözləməyə də”.

İçəri keçdik. Pikassonun məşhur əsəri asılan böyük zalda böyüklərlə yanaşı, ağzı əmzikli uşaq öz arabasında uzanıb şəklə baxır, ləzzətlə də əmziyini əmirdi. Zalda adam çox olsa da, çalışırdılar ki, uşağın qarşısını kəsməsinlər. Heyrətlənəndə tələbəlik dostum, yazıçı-jurnalist, "İzvestiya” qəzetinin sabiq baş redaktoru, II Bakı Humanitar Forumunun iştirakçısı Vitali Abramov dedi ki, o da uşağını 30-35 il əvvəl muzeylərə tez-tez gətirərdi. Bu, uşağın zövqü, dünyagörüşünün formalaşması üçün vacibdir.

Muzeyi gəzib dolaşdıqca Bakını fikirləşdim. Keçmiş Sovet İttifaqında ağzımızı açan kimi ruslar soruşardı ki, gürcüsən, yoxsa ermənisən? Çoxunun Bakı haqqında təsəvvürü belə olmazdı. Ulu Öndər sovet dönəmində minlərlə gənci oxumağa göndərdi və bizi tədricən tanımağa başladılar. Bu gün isə hamı Azərbaycanı da, Bakını da, elə azərbaycanlıları da yaxşı tanıyır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirdi. İndi Bakını hər yerdə tanıyırlar, Qərb və Şərq mədəniyyətinin harmonik vəhdətindən yaranan bu şəhəri sevənlərin sayı yüz minlərlədir.

Bakının yeni yaranan muzeylərinə isə söz ola bilməz. Bu muzeylərdə nadir sərgilər təşkil edilir. Azərbaycan Prezidenti İlham Əliyev ölkənin sosial-iqtisadi və mədəni həyatında bütün istiqamətlərdə nəhəng islahatları nadir islahatçı əzmi ilə reallaşdırmaqdadır. Burada muzeylərə, mədəniyyətimizin nəinki ölkə daxilində, hətta dünya miqyasında təbliğinə ciddi yer ayrılmışdır. Artıq bizim də borcumuzdur ki, övladlarımızı, nəvələrimizi bu muzeylərə aparaq. Azərbaycana gələn əcnəbilərin əksəriyyəti bizim muzeyləri bir-bir gəzirlər, hansı məşhurların əsərlərinin hansı muzeydə sərgiləndiyini də bizdən yaxşı bilirlər. Muzeylərimiz məktəblilərin, tələbələrin və hətta azyaşlı uşaqların da yolunu gözləyir. Gənc nəslin muzeylərə gedən yolu açıqdır. Onların muzeylərimizi daha dərindən tanıması, mədəniyyətimizə daha dərindən və sidq-ürəkdən bağlanması zəruridir.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM