27 Sentyabr 2019 23:37
640
Mədəniyyət
A- A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi” antreprizasının təqdimatında iştirak edib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi, inklüziv teatr olan ƏSA Teatrının və sosial müəssisələrdə peşə kursu keçmiş istedadlı gənclərin birgə iştirakı ilə hazırlanan "Nəsimi” antreprizası təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tamaşa Prezident İlham Əliyevin Sərəncamına əsasən, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin "Nəsimi ili” elan edilməsi münasibətilə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına həsr olunub.

Nizami Kino Mərkəzində nümayiş olunan antreprizanın təqdimatında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Tamaşanın təqdimatından əvvəl əlilliyi olan şəxslərin Nəsiminin həyat və yaradıcılığına həsr etdikləri, 30-a yaxın incəsənət nümunəsindən ibarət "Nəsimi” sərgisi nümayiş etdirilib.

Leyla Əliyeva sərgi ilə tanış olub, əl işlərinin müəllifləri ilə söhbət edib.

Sonra "Nəsimi” antreprizası nümayiş olunub.

Plastik üslubda təqdim edilən antrepriza İmadəddin Nəsiminin həyat və yaradıcılığından bəhs edir. Başlanğıcda qanunla ifa edilən musiqidəki hər bir not Nəsiminin ideologiyasının və onun fəlsəfi fikirlərinin musiqiyə köçürülmüş təcəssümüdür. Daha sonra Nəsiminin ustadla qarşılaşaraq doğru yola istiqamətlənməsi, bu yolda həqiqəti dərk etməsi və dərk etdiyi həqiqəti insanlığa çatdırması, onun mübarizəsi, sonda isə zülmə boyun əymədən haqdan dönməməsi və ruhunun əbədi dünyada nura qovuşmağı böyük məharətlə təqdim olunur.

Tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Nihad Qulamzadə, plastik həll üzrə rejissoru Pərviz Məmmədrzayev, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı Vüsal Rəhimdir. Tamaşada rolları Elşən Əsgərov, Rafael Şahbəyli, Səmayə Ağayarova, Cəmilə Məmmədli, Mehdi Cənnəti, Aysel Əlizadə, Rəhimə Abdinova, Elvin Mirzəyev, Pegah Dafe, Riad Sultanov və başqaları ifa ediblər. Tamaşa üçün xüsusi səhnə qurulub, 20-dən çox musiqi bəstələnib, özəl kostyumlar tikilib, əlilliyi olan şəxslərlə işləyən xoreoqraf dəvət olunaraq xüsusi plastik həllərdən istifadə edilib.

Antreprizanın diqqəti cəlb edən fərqli cəhəti tamaşada iştirak edən gənclərin hərəkət məhdudiyyətli olmalarına baxmayaraq, bədii plastikadan bacarıqla istifadə edə bilmələri olub. Onlar istedadlı ifa tərzləri, rəqsləri və s. ilə Nəsimi şeiriyyətinin ruhunu, fəlsəfəsini, ümumən Nəsimi dühasını 55 dəqiqəlik tamaşa boyu auditoriyaya dolğun şəkildə çatdıra biliblər.

Əlilliyi olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən biridir. Bu istiqamətdə tədbirlər ildən-ilə geniş vüsət alır. Əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud gənclərin və uşaqların qayğı ilə əhatə olunmasında, onlar üçün reabilitasiya imkanlarının genişləndirilməsində, sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraitinin yaradılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib layihə və təşəbbüslərinin böyük rolu var. Heydər Əliyev Fondu bu sahəyə, eyni zamanda, əlilliyi olan şəxslərin bacarıqlarının cəmiyyətə tanıdılması işlərinə mühüm töhfələr verib.

Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək göstərir. Leyla Əliyevanın fiziki məhdudiyyətli insanlara, sosial müəssisələrin sakinlərinə xeyirxah, qayğıkeş münasibəti, habelə həmin müəssisələrə tez-tez gedərək onlarla görüşməsi bunun bariz nümunəsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin yaradıcılıq potensiallarının dəstəklənməsi sahəsində layihələr həyata keçirir. Həmin məqsədlə ümumrespublika səviyyəli sərgi-yarmarkalar, baxış müsabiqələrinin təşkili, xüsusi bacarıqları ilə fərqlənən əlilliyi olan şəxslərin mükafatlandırılması tədbirləri ənənəvi xarakter alıb. Nazirlik tərəfindən ilk dəfə olaraq sosial müəssisələrin istedadlı sakinlərinin yaradıcılıq fəaliyyətini əhatə edən, 278 səhifəlik "Əlillik qüsur deyil” kitab-albomu nəşr edilib. Kitab-albomdakı mətnlər Azərbaycan və ingilis dillərindədir.

Əlilliyi olan şəxslərdən ibarət ƏSA Teatrı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə öz yaradıcılıq imkanlarını və repertuarını xeyli genişləndirib. Bu dəstək nəticəsində teatrın Moris Meterlinkin "Göy quş” pyesi əsasında hazırladığı eyniadlı tamaşa ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Hazırlanan "Nəsimi” antreprizası da bu sahədə uğurlu işlərin davamıdır və əlilliyi olan istedadlı şəxslərin Nəsimi yaradıcılığına böyük maraq və məhəbbətini özündə ifadə edir.

Nazirlik ƏSA Teatrı ilə birgə gələcəkdə də bir sıra yeni uğurlu layihələr həyata keçirməyi nəzərdə tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video