27 Sentyabr 2019 23:25
676
Mədəniyyət
A- A+

Əbülfəs Qarayev: Sərgi-yarmarka Azərbaycan kitablarının tanıdılmasına mühüm töhfədir


Artıq altıncı dəfədir keçirilən bu tədbir Azərbaycan nəşrlərinin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda keçirilən VI Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı zamanı media təmsilçilərinə açıqlamasında deyib.

Nazir vurğulayıb ki, kitablarımız dünyanın müxtəlif beynəlxalq sərgi və yarmarkalarında nümayiş olunur və maraqla qarşılanır. Bu mənada Heydər Əliyev Fondunun tariximiz, mədəniyyətimizlə bağlı nəşrlərinə xüsusi maraq var.

Əbülfəs Qarayev bildirib ki, bu gün ölkəmizdə nəşriyyat-poliqrafiya işi inkişaf edir: "Azərbaycan kitabı öz inkişaf dövrünü yaşayır. Bu sərgi-yarmarkada da 81 nəşriyyat ölkəmizin kitab sahəsində işini təmsil edir. Ölkəmizdə kitaba marağı artırmaq üçün müxtəlif maarifləndirici tədbirlər, səyyar kitabxanalar kimi layihələr icra olunur. Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası bu istiqamətdə reallaşdırılan böyük layihədir. Sərgiyə 22 ölkədən nümayəndə qatılıb. Tədbir çərçivəsində 60-dan çox müxtəlif tədbirlər, oxucularla görüşlər, imza günləri keçiriləcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video