27 Sentyabr 2019 23:21
1195
İDMAN
A- A+

Rusiyanın İdman naziri: Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilib


Sentyabrın 27-də Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov Rusiyanın İdman naziri Pavel Kolobkov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə nazir Azad Rəhimov ötən ilin sentyabrında imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında” Sazişin uğurla həyata keçirildiyini, bu sənədin idmanın inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb. Nazir bildirib ki, Saziş ölkələrimizdə idmanın inkişafında, yeni idmançı nəslinin yetişməsində çox böyük rol oynayır. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin demək olar ki, hər birində Rusiya idmançıları fəal iştirak edir, yüksək pillələrə yüksəlirlər. Gələn ilin Olimpiya ili olacağını nəzər alsaq, bizi daha məsuliyyətli və gərgin il gözləyir.

Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən P.Kolobkov da 2018-ci ildə Soçidə imzalanmış Sazişin əhəmiyyətindən və ötən ildə qarşılıqlı əməkdaşlıq sayəsində qazanılan uğurlardan söz açıb. Rusiyalı nazir vurğulayıb ki, 2020-ci ilin avqustunda Kazanda ilk dəfə olaraq MDB ölkələrinin idman yarışları keçiriləcək. Gənclər arasında baş tutacaq bu yarışa 2 mindən çox qonaq qatılacaq.

P.Kolobkov deyib: "Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilib. İstər idman infrastrukturu, istərsə də, idman yarışlarının təşkili ən yüksək səviyyədədir. Əminik ki, 2020-ci ildə ilk dəfə Kazanda keçiriləcək MDB ölkələrinin idman yarışları azarkeşlərin yaddaşında uzun müddət qalacaq. Əgər 2022-ci ildə baş tutacaq növbəti yarışa ev sahibliyi hüququ Azərbaycana düşərsə həmin turnirin yüksək səviyyədə təşkil olunacağını indidən deyə bilərik. Hazırda əsas məqsədlərdən biri MDB ölkələrinin idman yarışlarının keçirilməsində xüsusi komandanın qurulması və tədbirlər planının işlənib hazırlanmasıdır”.

Görüşün sonunda P.Kolobkov Azərbaycanın Gənclər və İdman naziri A.Rəhimovu oktyabrın 10-11-də Rusiyanın Nijni-Novqorod şəhərində gerçəkləşəcək "Rusiya idman ölkəsi” beynəlxalq idman forumuna dəvət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video