Alternative content

06:19 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:45 14.11.2019 Xalqa xidmət missiyası
17:48 13.11.2019 İndoneziyada partlayış
17:48 13.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Kitabxanada “Kitabxanalar mobil informasiya mərkəzi kimi” beynəlxalq elmi-praktik konfrans keçirilib
Milli Kitabxanada “Kitabxanalar mobil informasiya mərkəzi kimi” beynəlxalq elmi-praktik konfrans keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
23:18 27.09.2019

Sentyabrın 27-də M.F.Axunzadə adına Azərbaycan Milli Kitabxanasında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində 14 ölkə təmsilçisinin iştirakı ilə "Kitabxanalar mobil informasiya mərkəzi kimi” beynəlxalq elmi-praktik konfransın açılışı olub.

AZƏRTAC xəbər verir ki, konfransda Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxış edərək ölkəmizdə keçirilən VI Beynəlxalq Kitab Sərgi –Yarmarkanın əhəmiyyətindən danışıb. Qeyd edib ki, beynəlxalq tədbir çərçivəsində təşkil edilən konfrans aktual əhəmiyyət kəsb edir. Bu gün dünyada oxucuların əksəriyyətini gənclər təşkil edir. Onlar informasiya və bilikləri mobil vasitələrlə əldə etməyə meyillidirlər. Konfransın əsas məramı da budur.

O bildirib ki, konfransa 14 ölkədən 26 kitabxana işi üzrə mütəxəssislər qatılıb. Bu müzakirələrdə eyni zamanda yerli kitabxanaların əməkdaşları da iştirak edəcək.

Konfransda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev qonaqları salamlayaraq diqqətə çatdırıb ki, kitab təkcə mütaliə deyil həm də təcrübə, elmi tərəqqi mənbəyidir. Daha sonra nazir TÜRKSOY təşkilatının ədəbiyyat –kitab sahəsindəki xidmətlərindən də söz açıb. Qeyd edib ki, təşkilat türkdilli yazarların, görkəmli ədəbiyyat və sənət adamlarının kitablarının nəşrində yaxından iştirak edir, onların təbliğində yorulmaz fəaliyyət göstərir.

Konfransda 14 ölkənin iştirakçılarına ünvanlanan nazir söyləyib ki, müxtəlif ölkələrdən kitab işi ilə məşğul olan insanların bir araya gəlməsi bunu sübut edir ki, kitab sərhəd tanımır: "Biz konfrans iştirakçlılarını kitabları ictimaiyyətə çatdırmağın, onlarda maraq oyatmağın yolları düşündürməlidir. Konfransın mövzusu da bu baxımdan əhəmiyyətlidir. Kitabxanalar müasirləşməli və yeniliklər axtarışında olmalıdırlar".

Daha sonra nazir VI Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkası çərçivəsində Milli Kitabxana tərəfindən təşkil ediləcək tədbirlərlə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Azərbaycan Milli Kitabxanasında 13 ölkənin səfirlərinin və Milli Kitabxana rəhbərlərinin iştirakı ilə 13 ölkəyə dair daimi ədəbiyyat guşələrinin yer aldığı "Beynəlxalq Əməkdaşlıq Zalı”nın açılışı əlaqələrin daha da yaxınlaşmasına, geniş informasiya mübadiləsinə imkan yaradacaq. Xarici ölkələrin milli kitabxanalarında mühafizə olunan Nəsimi əlyazmalarının surətlərinin (30 əlyazma) sərgisi isə öz simvolik xarakteri ilə seçilir. Çünki, bu sərgi bəşəri tarixlə bağlıdır. 650 il əvvəl başlayan ədəbiyyat-kitab mədəniyyəti və XXI əsrdə kitabxanalarda mobil informasiya mövzusunun müzakirəsi bir daha göstərir ki, kitab və ədəbiyyat ümumbəşəri dəyərdir.

Nazir konfransda məqsədin kitabxanalarda texnologiyaların, yeni çağırışların qarşısına innovativ yeniliklərlə çıxmaq və bu məqsədlə dəvət olunmuş iştirakçının hər birinin öz təcrübəsini bölüşəcəyinə ümidvar olduğunu bildirərək tədbirin işinə uğurlar arzulayıb.

AMEA-nın vitse-prezidenti , akademik İsa Həbibbəyli konfransın aktual mövzuya həsr edildiyini vurğulayıb. O, Azərbaycanda kitabxanaçılıq işinin qədim tarixi kökləri olduğunu qonaqların diqqətinə çatdırıb. Elm ocağı olan və bütün ədəbiyyatlar üzrə ixtisaslaşmış Milli Kitabxananı ölkənin baş informasiya müəssisəsi adlandıran akademik konfransın müasir dövrdə texnoloji yeniliklərin tətbiqinin kitabxana sistemində effektivliyinin mühüm amil olduğunu diqqətə çatdırıb. İsa Həbibbəyli konfransın işinə uğurlar arzuladı.

Akademik Nizami Cəfərov konfransı peşəkarlıq baxımından dəyərli addım kimi qiymətləndirdi. Bildirib ki, Azərbaycan ədəbiyyatı dünya ilə həmişə sıx tellərə malik olub: "Bizim klassik şair və yazıçılarımız bir neçə dildə ədəbi nümunələr yaradıblar. O səbəbdən də bu gün çoxsaylı iştirakçıların Milli Kitabxanada toplanması təsadüfi deyil. Çünki, kitablar insanları birləşdirən dəyərdir.

Daha sonra Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Yayımlar Genel Müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Hamdi Turşucu Azərbaycanda mütəmadi olaraq təşkil edilən kitabla bağlı konfrans və tədbirlərdən məmnunluğunu ifadə edərək iştirakçılara təcrübələrini bölüşərək bu sahədə yeni nailiyyətlər arzulayıb.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Mövlana Cəlaləddin Ruminin nəfis tərtibatlı kitablarını Türkiyə Milli Kitabxanası adından nazir Əbülfəs Qarayevə hədiyyə edib.

Konfrans öz işini günün ikinci yarısında müzakirələrlə davam etdirib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM