Alternative content

18:20 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
16:52 10.12.2019 Tarixin ən isti onilliyi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mərkəzi Elmi Kitabxananın fondları zənginləşir
Mərkəzi Elmi Kitabxananın fondları zənginləşir
ANA SƏHİFƏ / Elm və texnika
17:55 27.09.2019

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə tərəfindən müəllifi olduğu "Ədilə Hüseynzadə”, "Azərbaycan simfoniyası” və "Elnarə Dadaşova” kitabları təqdim olunub.

MEK-dən AZƏRTAC-a bildirilib ki, "Ədilə Hüseynzadə” kitabında peşəkar bəstəkar və görkəmli pedaqoq, Azərbaycanın ilk qadın bəstəkarlarından biri, Əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin zəngin həyat və yaradıcılıq yolu işıqlandırılıb. Həmçinin sənətkarın Azərbaycan musiqisi tarixində tutduğu şərəfli yerə, musiqi üslubunun özünəməxsus cəhətlərinin tədqiqinə xüsusi diqqət yetirilib.

Zümrüd Dadaşzadənin "Azərbaycan simfoniyası” kitabında 1960-80-ci illər Azərbaycan simfoniyasının başlıca inkişaf istiqamətlərindən bəhs olunur. Kitabda ilk növbədə silsilə, janr və formaca orijinal əsərlər təhlil olunur, muğam və simfonizmin qarşılıqlı münasibətlərinin yeni mərhələsi üçün səciyyəvi cəhətlər aşkarlanır, simfoniyaya müasir teatr, kino dramaturgiyası və leksikasının təsirindən söz açılır.

Müəllif "Elnarə Dadaşova” kitabında isə bəstəkar Elnarə Dadaşovanın əsərləri haqqındadır.

Bu kitablarla yanaşı Zümrüd Dadaşzadənin atası, görkəmli ədəbiyyatşünas alim Araz Dadaşzadənin kitabı da MEK-ə təqdim olunub. Kitabda Araz Dadaşzadənin "XVIII əsr Azərbaycan lirikası” monoqrafiyası verilib. Monoqrafiyada poetik ədəbi irsimizin mühüm hissəsini təşkil edən lirikanın inkişaf qanunauyğunluqları, məzmun rəngarəngliyi, forma xüsusiyyətləri, ədəbi metod məsələsi araşdırılıb, həmin dövr poeziyamızın orta əsrlər ədəbi prosesində yeri və əhəmiyyəti müəyyənləşdirilib. Kitabda, həmçinin Araz Dadaşzadənin müxtəlif illərdə dövri mətbuatda nəşr edilən məqalələri də yer alır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM