27 Sentyabr 2019 16:51
638
Mədəniyyət
A- A+

Nəsiminin 650, UNESKO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi münasibətilə Strasburqda muğam konserti olub


İmadəddin Nəsiminin 650 illiyi və UNESKO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi münasibətilə Strasburqda "Qarabağ” muğam qrupunun konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin və UNESKO üzrə Azərbaycan Milli Komissiyasının Strasburqun mərkəzində yerləşən qədim Sən-Pyer-lö-Jön kilsəsində birgə təşkil etdiyi konsertdə Avropa Şurasının rəsmiləri, diplomatik korpusun təmsilçiləri, yerli akademik və ictimai dairələrin nümayəndələri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri səfir Fəxrəddin İsmayılov Avropanın paytaxtı Strasburq şəhərində təşkil edilən bu mədəniyyət tədbirinin məqsəd və məramı haqqında məlumat verib, dahi ədib və filosof İmadəddin Nəsiminin Azərbaycan ədəbiyyatına verdiyi misilsiz töhfələrə toxunub. O, həmçinin Azərbaycan milli musiqisinin incisi olan muğamdan bəhs edib, Nəsiminin qəzəllərindən ibarət konsert proqramının şairin mistik ədəbiyyat dünyasına bir səyahət təşkil edəcəyini vurğulayıb.

Sonra UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi səfir Elnur Sultanov Nəsimi yaradıcılığından söz açıb, Azərbaycan dilinin inkişafında rolunu vurğulayıb və onun əsərlərində insanın mərkəzi yer tutduğunu diqqətə çatdırıb. Elnur Sultanov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin UNESKO-nun görkəmli şəxsiyyətləri və əlamətdar hadisələrinin yubileyləri siyahısına daxil edildiyini və beynəlxalq miqyasda qeyd olunduğunu bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamın imzalandığını diqqətə çatdıran səfir dövlətimizin başçısının digər Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə "Nəsimi ili” elan olunduğunu bildirib. Vurğulayıb ki, bu sərəncamlara əsasən Nəsiminin 650 illiyi ölkəmizdə və onun hüdudlarından kənarda geniş şəkildə qeyd edilir. Bu, mütəfəkkir şairə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir. O, 25 illiyi tamam olan UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının fəaliyyət istiqamətləri və Azərbaycan ilə UNESKO arasındakı əməkdaşlıq haqqında məlumat verib, bu əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətlərini vurğulayıb.

Azərbaycanın Xalq artisti Mənsum İbrahimov və gənc xanəndə Sədəf Budaqova Əməkdar artistlər Elçin Haşımov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) müşayiətində Nəsiminin qəzəlləri üzərində köklənən füsunkar muğam nümunələri ifa ediblər.

Musiqi proqramı Sən-Pyer-lö-Jön kilsəsində toplaşan geniş auditoriya tərəfindən böyük rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video