Alternative content

05:02 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Bərdədə, sədr müavini isə Ağdamda vətəndaş qəbulu keçirib
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Bərdədə, sədr müavini isə Ağdamda vətəndaş qəbulu keçirib
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:49 27.09.2019

Prezident İlham Əliyevin tapşırıqlarına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov sentyabrın 27-də Bərdə rayonunda vətəndaş qəbulu keçirib.

Komitədən AZƏRTAC-a bildirilib ki, rayonun Yeni Azərbaycan Partiyasının inzibati binasında keçirilən qəbulda vətəndaşların fərdi qaydada müraciətlərinə baxılıb. ƏMDK-nın müvafiq struktur bölmə rəhbərlərinin də iştirak etdiyi qəbulda səslənən müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən fərdi həyət evi, bələdiyyələr tərəfindən müxtəlif məqsədlərlə ayrılmış torpaqların qeydiyyatı, vaxtilə verilmiş pay torpaqlarının sənədləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar olub. Eyni zamanda, torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı müraciətlər də ünvanlanıb.

Qəbul zamanı bütün müraciətlər və qaldırılan məsələlər komitə sədri tərəfindən fərdi qaydada, diqqətlə dinlənilib. Bir neçə vətəndaşın müraciətləri elə yerindəcə həll edilib. Digər müraciətlərdə əks olunan məsələlərin araşdırılaraq həll olunması barədə müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib, bəzi müraciətlərlə bağlı müvafiq komissiya yaradılıb. Komitənin fəaliyyət sahələrinə aid olmayan məsələlərə dair müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndəriləcəyi barədə vətəndaşlara məlumat verilib.

K.Həsənov torpaqların kateqoriyaları ilə bağlı tələblərə riayət olunmasının vacibliyini bildirib. Qeyd edib ki, mühafizə zolaqlarının tələblərinə əməl edilməyən torpaq istifadəçiliyinə, torpaqların münbit qatının korlanmasına, xüsusən kənd təsərrüfatı torpaqlarının təyinatına uyğun istifadə olunmamasına qarşı nəzarət tədbirləri gücləndirilib.

Bildirilib ki, torpaqların elmi əsaslarla səmərəli istifadəsi ilə bağlı düzgün qərarların qəbuluna, bu sahədə dövlət nəzarətinin daha effektiv həyata keçirilməsinə, o cümlədən torpaq balansını dəqiqləşdirməyə imkan verən torpaqların elektron kadastr uçotu işləri operativ olaraq davam edir.

Bundan başqa, komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində də müraciətlərdə vətəndaşa diqqət və qayğının göstərilməsi, iş prinsipinin təkmilləşdirilməsi, o cümlədən iş prosesinin aktivliyi, elektron xidmətlərin sayının çoxaldılması kimi məsələləri ön planda saxlayır. Vətəndaşların müraciətlərinin vaxtında baxılmasına, tez bir zamanda həll edilməsinə xüsusi diqqət göstərir. Bununla bağlı olaraq qeydiyyat xidmətləri səyyar ofislər vasitəsilə vətəndaşın ünvanında göstərilir. "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi kampaniyalarla komitə xidməti vətəndaşın ünvanına çatdırır.

Qəbul çərçivəsində komitə sədri fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə maksimum məmnunluğun, çevikliyin, əlçatanlığın, şəffaflığın təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə komitənin ərazi idarələrinin, tabeli qurumlarının yerli şöbələrinin rəhbərlərinə tapşırıqlarını verib. Bildirib ki, əhalinin müraciətləri operativ həll olunmalı, qanunvericilik çərçivəsində vətəndaş maraqları təmin olunmalıdır. Sonda vətəndaşlar razılıqlarını ifadə ediblər.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov da həmin gün Ağdam rayonunda vətəndaş qəbulu keçirib. Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşların fərdi qaydada müraciətlərinə baxılıb. Bəzi vətəndaşların müraciətləri elə yerindəcə həll edilib. Digər müraciətlərdə əks olunan məsələlərin araşdırılaraq həll olunması barədə müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

Komitə sədrinin regionlarda vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM