27 Sentyabr 2019 00:37
549
İQTİSADİYYAT
A- A+

Beynəlxalq Maliyyə Korporasiyası: Dövlət Neft Fondu təcrübəli investordur və bazarda özünü doğruldub


"Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) artıq təcrübəli investordur və bazarda özünü doğruldub”.

AZƏRTAC xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankes sentyabrın 26-da Bakıda keçirilən "Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar” adlı konfrans çərçivəsində jurnalistlərə müsahibəsində deyib.

O bildirib: "Müsbət təsirli investisiyalar hazırda dünyada çox mühüm əhəmiyyət kəsb edir və onlara institusional investorlar tərəfindən böyük diqqət yetirilir. Həmin investisiyalar həm sosial və ətraf mühitə müsbət təsiri olan, eyni zamanda, yüksək gəlir gətirən investisiyalardır ki, bu da investorların bir çox tələblərini ödəməyə imkan verir. Bunlar uzunmüddətli investisiyaları təşviq edən investisiyalardır”.

Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidenti qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu artıq təcrübəli investordur və bazarda özünü doğruldub. Neft Fondu Beynəlxalq Maliyyə Korporasiyasının ilk investorlarındandır və yaxşı inkişaf yolu keçib. ARDNF-in fəaliyyətini müsbət və uğurlu saymaq olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video