Alternative content

12:31 13 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Keşikçidağ” Dövlət Mədəniyyət Qoruğuna yürüş təşkil olunmuşdur
“Keşikçidağ” Dövlət Mədəniyyət Qoruğuna yürüş təşkil olunmuşdur
ANA SƏHİFƏ / Mədəniyyət
00:26 27.09.2019


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Avropa İrs Günləri” çərçivəsində "Keşikçidağ” Dövlət Mədəniyyət Qoruğuna və İlham Əliyev zirvəsinə yürüş təşkil edilmişdir.

Yürüş zamanı qoruğun direktoru Musa Mirzəliyev iştirakçılara qoruq haqqında ətraflı məlumat verərək diqqətə çatdırmışdır ki, burada 100-ə qədər ilkin və orta əsrlər dövründə yaradılmış süni və təbii mağaralar, ulu əcdadlarımızdan bizə miras qalmış qədim yaşayış yerləri, 100-ə yaxın Tunc və İlkin Dəmir dövrünə aid kurqanlar mövcuddur. Qafqaz Albaniyasının yerli əhalisi tərəfindən ilkin orta əsrlərdə sıldırım qaya üzərində müdafiə məqsədilə inşa edilmiş və 11 metr hündürlüyündə üçmərtəbəli bir qala, üzü cənub istiqamətinə baxan, bir-birindən 1500 metr aralıda yerləşən və yerli daş materiallardan inşa olunmuş iki alban məbədi, eləcə də yerli əhali tərəfindən "Qüdrət” bulağı kimi tanınan ziyarətgah da bu məkanda yerləşir.

Sonra rayon icra hakimiyyəti başçısının müavini Lalə Eyyubova çıxış edərək qoruğun xalqımızın və yerli sakinlərin qədim tarixə malik olan məişətindən, mədəniyyətindən və dini-etnik xüsusiyyətlərindən danışmışdır.

Yürüş zamanı iştirakçılar qoruq əməkdaşlarının təşkil etdikləri sərgi ilə tanış olmuş, rayonun incəsənət ustalarının çıxışlarına baxmışlar.

Sabir ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM