27 Sentyabr 2019 00:22
527
İQTİSADİYYAT
A- A+

Bol bərəkətli “Yaşıl çay”


Lənkərandakı "Yaşıl çay” fermer təsərrüfatının qazandığı nailiyyətlər Azərbaycanın ənənəvi kənd təsərrüfatı sahələrindən olan çayçılığın keçmiş şöhrətinin qaytarıldığını təsdiq edir. Çayçılar bol, həm də keyfiyyətli məhsul yetişdirməyə nail olublar.

Təsərrüfatın rəhbəri Araz Yaqubovun məlumatına görə, bu il 65 hektar çay plantasiyasından 120 ton yaşıl çay yığılmasına imkan var. Burada çaydan əlavə sitrus və yem bitkiləri, yarpaqlarından baramaçılıqda istifadə olunan tut ağacları da yetişdirilir.

Hazırda təsərrüfatda yaşıl çay yığımı davam edir.

Şəkildə: qabaqcıl çayçılardan Cahan Hüseynova və Günay Əliyeva məhsul yığımı zamanı.

Foto Fərman Bağırovundur,

"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video